Avro dollar qarşısında "məşğulluq" öncəsi bahalaşıb
Cümə günü ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaqdır. İnvestorlar göstərici açıqlanmadan öncə Dollarda uzun mövqeləri azaltmağa davam edirlər, Yəni Dollar satıb, Avro alırlar. Nəticədə də, Avro Dollar qarşısında yenidən bahalaşır.
Bundan öncə Avro/dollar məzənnəsi 2015-ci ilin Yanvar ayından bu yana ən yüksək səviyyə olan 1.1868-ə çıxmışdı. Avropalı bir treyderə görə, Avro/dollar məzənnəsindəki artım 1.1870 səviyyəsinə yaxınlaşan zaman satışlar baş tutur. Avropadakı yay tətillərinə görə də əməliyyat həcmi aşağı düşüb. Qrafiklərə baxanda, müqavimət nöqtəsinin, 12 Yanvar 2015-dəki yüksək səviyyə olan 1.1871 olduğu görünür.
"Bank of America Merrill Lynch"ın, dolların bahalaşması üçün yer olmasına baxmayaraq, hedc fondlarının ABŞ valyutasında yenidən satışa qayıtmaları ilə dolların ucuz qalacağını düşünür. Bankın G-10 pulları üzrə analitiki Athanasios Vamvakidis, bankın əksər müştərisinin, ilin böyük bir hissəsində dollar satışında olduğunu və dolların İyul ayında institusional investorlardan aldığı dəstəyi itirdiyini bildirib.
Avro/dollar məzənnəsi, Bakı vaxtı ilə saat 14:00-da 0.28 faiz yüksəlib və 1.1835 səviyyəsindən əməliyyat olunub.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 saat sonra
- 38 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
-
1 saat əvvəl
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
"Bank Respublika" nizamnamə kapitalını artırır
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
Ən çox oxunanlar
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
























