“İnsun” Yaşam Mərkəzinin rəsmi açılışı oldu
"Yerli bazarda fəaliyyət göstərən şirkətlərin rəhbərləri öz əməkdaşlarını təkcə toxuna bilən hədiyyələrlə deyil, onları mənəvi olaraq dirçəldəcək, psixoloji vəziyyətini yaxşılaşdırılması istiqamətində də addımlarla atmalıdır"
Azərbaycanda müxtəlif sosial statusa sahib insanların hərtərəfli inkişafı üçün xidmətlər təklif edən “Insun” Yaşam Mərkəzinin rəsmi açılışı baş tutub.
Marja.az xəbər verir ki, açılış mərasimini açıq elan edən “Insun” Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova yerli bazarda bu kimi layihəyə böyük ehtiyac olduğunu vurğulayıb.
“Bu gün insanların böyük əksəriyyəti işləmək, görüşmək, gəzmək və yaşamaq üçün şəhərin mərkəzinə axın edir. Gündəlik qayğılar, şəhərin səsli-küylü küçələri, stressli yolları və ucalan binaları insanları sanki daim hərəkətdə olan bir çarxın içərisinə salır. Belə bir mühitdə yaşamaq və çalışmaq enerji tükənməsi və həyatın monotonlaşmasına gətirib çıxarır. Biz bunları kənardan müşahidə etdiyimiz və ehtiyacı gördüyümüz üçün belə bir mərkəzi yaratmağı qərara aldıq. İnsan daim özünü mərkəzə qoymalı, enerjisini bərpa etmək üçün beynində olan sualları, tərəddüdləri, neqativ emosiyaları xaric etməlidir. Biz də “Insun” Yaşam Mərkəzi olaraq insanları sürətlə axan həyatdan, texnologiyadan uzaqlaşdırıb öz həyatlarına yenidən baxmalarını, inkişaf etdirmək istədikləri nöqtələri düzəltməyə çağırırıq.”
Yaşam Mərkəzinin xidmətləri haqqında məlumat verən mərkəzin direktoru Təhminə Cəfərova bundan sonra onları uzun və maraqlı bir yol gözlədiyini qeyd etdi.
“Azərbaycanda belə bir mərkəzin fəaliyyətə başlaması həm fərdi həm də korporativ dəyərləri yeni bir mərhələyə daşıyacaqdır. Psixologiya, yoqa, dietaloloq, theta healing, access bars, kouçinq, mentorluq, qrup terapiyaları kimi xidmətlərin bir mərkəz altında birləşdirilməsi bu xidmətlərdən faydalanmaq istəyənləri anında doğru istiqamətə yönləndirməyə imkan verəcək. Zamanın dəyərli olduğu bir dövrdə fərdi inkişafını hədəfləyən şəxslər, İnsun Yaşam Mərkəzi vasitəsilə proseslərə yeni və təmiz pəncərədən baxa biləcəklər. Biz bunun üçün bütün gücümüzü səfərbər etmişik.
Təhminə xanım çıxışı zamanı mərkəzin təqdim etdiyi xidmətlərdən şirkətlərin də faydalana biləcəyini bildirdi.
“Təqdim etdiyimiz xidmətlər şirkətlər üçün yeni bir loyallıq proqramı olmalıdır. Yerli bazarda fəaliyyət göstərən şirkətlərin rəhbərləri öz əməkdaşlarını təkcə toxuna bilən hədiyyələrlə deyil, onları mənəvi olaraq dirçəldəcək, psixoloji vəziyyətini yaxşılaşdırılması istiqamətində də addımlarla atmalıdır. Biz çox istərdik ki, şirkət rəhbərləri və həmin şirkəti təmsil edən əməkdaşlar üçün fərqli bir dəyər formalaşdırıb, yaşam istiqamətlərində dəyişikliklərə səbəb olaq. Bunun üçün yerli və türk mütəxəssisləri ilə birlikdə fərdi təlim proqramları da formalaşdırmağa hazırıq.”
Sahənin inkişafı ilə bağlı atılacaq addımlarla bağlı məsələyə də toxunan Təhminə xanım Yaşam Mərkəzinin bu istiqamətdə Türkiyənin bir neçə əsas şirkəti ilə birgə əməkdaşlıq edəcəklərini söylədi.
“Azərbaycanda bu sahələr üçün geniş imkanlar mövcuddur. Təbii ki, bir mərkəz olaraq bütün bazarı əhatə edə bilmərik. Biz yerli bazarda böyük bir potensial görürük. Yaşam Mərkəzi olaraq bu potensialı iqtisadi və sosial səmərəliliyə çevirmək üçün bir çox sahələr üzrə təlimlər keçirməyi də nəzərə almışıq. Təlimlər həm gələcək karyerasını bu sahələrlə bağlayıb özünə və ətrafdakılarına faydalı olmaq istəyənlər, həm də şirkətlər üçün nəzərdə tutulub. Hal-hazırda şirkətlərdən gələn sorğular üzərində işləyirik. İşlərin aktiv fazasına növbəti aydan başlamağı planlaşdırırıq.”
Qeyd edək ki, “lnsun” Yaşam Mərkəzinin açılış tədbirində 300-dən çox qonaq iştirak etmişdir. Dəvət olunanlar sırasında ölkənin dövlət rəsmiləri, şirkət rəhbərləri, incəsənət adamları və digər şəxslər yer almışdır. Nizami kino mərkəzində keçirilən tədbirdə Türkiyədən “Açık Beyin” mərkəzinin təsisçisi Prof. Dr. Sinan Canan, Neyroelm və Psixologiya üzrə mütəxəssis Gülferi Yıldırım, “Habit” şirkətinin təsisçisi İlker Çağlayan, “Türkiye Profesyonel Koçluk Merkezi” təsisçisi Tülay Tuğluer, sagliklihoca.com, "Sağlıklı Hoca" adlı youtube kanalı, həmçinin “8 Haftada Dik Durma Sanatı” kitabının müəllifi Mahmut Talha Sağlıklı və fəxri qonaq qismində psixiatr, psixoterapevt, şair və yazıçı olan, Prof. Dr. Kemal Sayar da iştirak etmişdir.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
15 d. əvvəl
"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir
-
48 d. əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
1 saat əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu

"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək
Ən çox oxunanlar

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı
