Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beton, yoxsa asfalt daha sərfəlidir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beton, yoxsa asfalt daha sərfəlidir?

Yollar hər bir ölkənin infrastrukturunun mühüm tərkib hissəsidir. Logistik sürətin və qısamüddətli çatdırılmanın aktual olduğu müasir dünyada ölkələrin ərazisində qabaqcıl standartlara cavab verən, hərəkətin intensivliyini və rahatlığını təmin edə bilən, uzunömürlü yolların mövcud olması vacib üstünlükdür. Mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanda respublika və beynəlxalq əhəmiyyətli yolların keyfiyyəti, rahatlılığı ilə yanaşı, dayanlıqlı olmağına da ehtiyac var. Azərbaycan dövləti tərəfindən respublikanın yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara cavab verən magistralların tikilməsi üçün milyonlarla vəsait sərf  olunur. Buna baxmayaraq, vaxtaşırı olaraq yolların təmirinə və yaxud da tam sökülüb yenidən tikilməsinə ehtiyac yaranır. Bu da təbii ki, vaxt, enerji itkisi və irihəcmli xərclərin yaranmasına səbəb olur. 

Bəs yollarımızın iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz, dayanıqlı, uzunömürlü olması üçün nə etməliyik və hansı texnologiyadan, tikinti materiallarından istifadə etməliyik? Bütün dünyada yolların tikintisində əsasən iki materialdan - asfalt və betondan istifadə edilir.

Bu sahədə ixtisaslaşan mütəxəssislər bildirir ki, həm asfalt, həm də beton yol infrastrukturu üçün dayanıqlı materiallardır. Amma onların da hər birinin özlərinə məxsus üstün tərəfləri var. Məsələn, asfalt betondan daha elastik olduğu üçün çatlamağa daha az meyllidir. Bununla belə, neft və benzin kimi kəskin kimyəvi təsirə malik maddələrin üzərinə dağılması, yüksək temperatur asfalt yolu daha tez sıradan çıxarır. Beton isə məlumdur ki, nisbətən az elastikdir, lakin kimyəvi maddələrin və hava şəraitinin təsirinə qarşı daha davamlıdır. Beton yollarla müqayisədə asfalt yollar zədələnməyə daha çox meyllidir. Əzilmiş suxurlar, qum və sementdən hazırlanmış beton yollar xam neft tullantılarından və bitumdan ibarət olan asfalt yollara nisbətən ekoloji cəhətdən də daha təmizdir. ABŞ-da istismarda olan beton yollar üzərində aparılan tədqiqatlar nəticəsində beton yolun orta ömrünün təxminən 34 il olduğu müəyyən edilib ki, bu da asfaltın fiziki ömründən iki dəfə çoxdur. Beton yolun ilkin qiyməti asfalt yoldan bahadır. Beton yolların maliyyə baxımından uzunmüddətli qiymətləndirilməsi asfalt yollardan daha ucuz başa gəlir.  

Nəzərə alsaq ki, hökumətlər hər 3-5 ildən bir asfalt yolların  xırda təmirinə milyonlarla vəsait xərcləyirlər və son nəticədə 17 ildən sonra asfaltın tam dəyişilməsi lazım olur, beton yollar asfalt yollardan iqtisadi cəhətdən daha səmərəli təsiri bağışlayır. Sirr deyil ki, bizim ölkəmizdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun timsalında beton yol ilə  bağlı yumşaq desək yaxşı olmayan təcrübə də mövcuddur.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev beton yollarla asfalt yolları müqayisə edərək bildirir ki, beton yol uzunömürlüdür:

“Beton sərtdir, asfalt isə elastikdir. Beton yolun istismar müddəti 30 ildir. Yəni beton yol uzunmüddətli və sərfəlidir. Sadəcə olaraq, təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda beton yol ilə bağlı bir uğursuz təcrübə var. Bu səbəbdən vətəndaşlarda beton yol ilə bağlı sanki, “travma” kimi pis təəssürat formalaşıb. Ölkəmizdə ilk beton yol olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun vaxtından tez sıradan çıxmasına görə insanlar əksər hallarda beton yol adı gələndə neqativ reaksiya verirlər. Ancaq nəzərə almaq lazımdır ki, bütün dünyada beton yollar öz üstün xüsusiyyətlərinə görə demək olar ki, ən səmərəli yollar hesab olunur. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi zamanı texnoloji proses pozulub. Yolu vaxtından tez təhvil veriblər. Yolun salınmasını naşı şəkildə ediblər, bəzi işlər ümumiyyətlə görülməyib. Tikinti zamanı yol verilən kobud səhvlər, sadaladığım pozuntular, lazımi normalara riayət olunmaması nəticədə yolun vaxtından tez dağılmasına gətirib çıxartdı”

Ekspert yolların tikintisi ilə bağlı beynəlxalq təcrübədən danışaraq Azərbaycanla quru sərhədinə malik olan Gürcüstan, eyni zamanda Ukrayna və Orta Asiya ölkələri Qazaxıstan, Özbəkistanda hansı yollara üstünlük verildiyini də açıqlayıb:  “Gürcüstanda tikintisində şəxsən iştirak etdiyim Qori, Kutaisi şəhərlərinin dolama yolları beton yollardır. Gürcüstanın əsas magistral yolları betondur. Qazaxıstanda, Özbəkistanda demək olar ki, bütün magistrallar betondur. Burada maraqlı və diqqət cəlb ediləcək məsələlərdən biri də məhz Azərbaycan şirkətlərinin öz komandaları ilə gedib, Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda beton yollar tikməsidir”.

yol beton.asfalt Rauf Ağamirzəyev
23.11.2023 16:19
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ