"Alıcılar “SAB”ın zavoduna gələrək istehsal ilə yaxından tanış ola bilərlər"
"SAB" istehlakçıların hüquqlarını qoruyur və müdafiə edir. İstehlakçılar vaxtından və zamanından asılı olmayaraq (yalnız iş günləri və iş saatında) “SAB” şirkətinin zavoduna müraciət edərək birbaşa istehsalat sahəsi və istehsal prosesi ilə yaxından tanış ola bilərlər".Cəmiyyətdə, xüsusilə də biznes sahəsində “İstehlakçıların hüquqlarının qorunması” və yaxud da “İstehlakçıların hüquqlarının pozulması” kimi cümlələrə tez-tez rast gəlirik. Bəs İstehlakçıların hüquqlarının qorunması hansı qanuna əsasən tənzimlənir?
“Zəhmət-Ruzi” MMC-nin Hüquq şöbəsinin müdiri Mədinə Leqayeva Marja-ya bildirdi ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehsalçı isə - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununa əsasən istehlakçıların hüquqlarının qorunması, məsuliyyət və məhkəmə təminatı müəyyən edilmişdir.
"Bildiyiniz kimi, “SAB” (“Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyət) ölkənin qida sənayesində ən qabaqcıl və aparıcı şirkətlərdən biridir. İstehsal etdiyimiz mallar “SAB” əmtəə nişanı (brendi) altında tanınan ət və süd məhsullarıdır və qeyd etməliyəm ki, biz eyni zamanda da istehlakçıyıq, çünki məhsullarımızın istehsalı üçün lazım olan xammalları tədarük edirik. Bu qanun həm bizim, həm də müştərilərimizin, alıcılarımızın yəni, istehlakçılarımızın hüquqlarını qoruyur. Bizim üçün hər bir müştəri və onun məmnuniyyəti çox önəmlidir. Belə ki, istər istehsalat sahəsində istərsə də digər sahələrdə, yəni təchizat, laboratoriya və sair kimi bütün proseslərə xüsusi bir həssaslıqla yanaşırıq ki, məhsulumuzu alan müştərilər narazı qalmasın, əksinə zövq alsınlar ki, və daha sonra öz yaxınlarına, dostlarına, ailə üzvlərinə tövsiyə etsinlər. Hesab edirəm ki, beynəlxalq marketinq termini olan “Word-of-Mouth Marketing” (ağızdan ağıza keçən reklam kimi tərcümə edilir) üzərindən desək ölkəmizdə yaxud cəmiyyətimizdə dildən-dilə yayılan reklam (tövsiyə xarakterli) digər bütün reklamlardan daha etibarlı sayıla bilər. Ümumiyyətlə bütün sahibkarların məqsədi müştəri qazanmaqdırsa buna təkcə marketinq, reklam və s. kifayət etmir, mütləqdir ki, təqdim etdiyimiz məhsul keyfiyyətli və tələb olunan standartlara uyğun olsun. Alıcılar “SAB” tərəfindən məhsulu dadına görə tanıyır. Bizi seçən müştəri isə halallığa, keyfiyyətə və qida məhsullarının istehsalı üçün tələb olunan standartlara üstünlük verən istehlakçıdır".
Bəs istehlakçı buna necə əmin olsun ki, həqiqətən də “SAB” əmtəə nişanı altında satılan məhsullar yüksək keyfiyyətlə, gigiyenik şəraitdə peşəkarlar tərəfindən hazırlanır.
"Məlumat üçün bildiririk ki, məhz istehlakçıların hüquqlarının qorunması məqsədi ilə onları istehsal şəraitimizlə tanış etmək üçün hər zaman “SAB”-da “Açıq qapı” günləri keçirilir. İstehlakçılar vaxtından və zamanından asılı olmayaraq (yalnız iş günləri və iş saatında) “SAB” şirkətinin zavoduna müraciət edərək birbaşa istehsalat sahəsi və istehsal prosesi ilə yaxından tanış ola bilərlər. Bundan əlavə bizim rəsmi veb saytımızda qaynar xətt nömrələrimiz də qeyd olunub, bu da istehlakçılara şərait yaradır ki, birbaşa bizimlə əlaqə saxlamaqla təklif və iradlarını bildirsinlər. Biz istehlakçını əmin etməyə çalışırıq ki, məhsullarımızın sizin süfrələrinizi bəzəməsi məhz bizim üçün ən prioritet məsələdir. Ailə üzvlərinizi, əzizlərinizi, doğmalarınızı bir araya toplamağınız üçün “SAB” məhsulları ən düzgün seçimdir",- “Mədinə Leqayeva qeyd etdi.
Şirkətin Hüquq şöbəsinin müdiri əlavə olaraq qeyd etdi ki, müasir dövrümüzdə istehlakçıların tələbat məsələsini nəzərə alaraq, alış-veriş və onunla bağlı digər məsələlər böyük maraq kəsb edir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən İstehlakçının tələblərini ödəməyən malın lazımi keyfiyyətli mala dəyişdirmək hüququ vardır. Bununla əlaqədar olaraq, istehlakçıların hər hansı təklifi, iradı, habelə şikayəti olduğu zaman biz müştəri ilə individual şəkildə işləyirik: "İlk öncə istehlakçı ilə əlaqə saxlayır, problemin həllinə yönəlir, xüsusi hallarda isə zavodumuza dəvət edərək narazılıqların aradan qaldırılması üçün tam dəstək və xidmət göstəririk. Həmçinin bildiririk ki, istehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət də elan edilə bilər".
"“SAB”-ın Azərbaycan Respublikasının qida sənayesində aparıcı yer tutmağına səbəblərdən biri də müstəqil fəaliyyət göstərən Baytarlıq-sanitariya Laboratoriyasına malik olmasıdır. Məhz, “SAB” ölkəmizdə müvafiq dövlət strukturlarının qida sənayesində həyata keçirdiyi yoxlamalardan həmişə müvəffəqiyyətlə çıxmışdır. Həmçinin qeyd etməliyəm ki, istehlakçılar bütün əlaqə vasitələrindən (rəsmi veb sayt, sosial media hesabları, qaynar xətt - +994(12)3494433, e-poçt - muraciet@sab.az) istifadə edərək təklif, irad və ya şikayətlərini bildirə bilərlər. Müraciətləriniz, “SAB”-ın beynəlxalq təhsilə və təcrübəyə malik peşəkar kollektivi tərəfindən operativ şəkildə cavablandırılacaqdır",- Mədinə Leqayeva son olaraq qeyd etdi.
“SAB” – halallıq və keyfiyyət nişanəsi!
İnstagram: sab.azerbaijan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
4 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
4 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
5 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
5 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
5 saat əvvəl
Biletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
-
6 saat əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Son Xəbərlər
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
Ən çox oxunanlar
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb















.jpg)






.jpg)




