Ağdamın mərkəzi hissəsi 2026-da formalaşdırılacaq, 42 min insan köçürüləcək
"Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır".
Bunu 20 Noyabr - Ağdam Şəhəri Günü ilə bağlı açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev söyləyib.
O qeyd edib ki. ümumiyyətlə, Ağdam rayonu üzrə bir çox layihənin icrası nəzərdə tutulur:
"2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub. Müasir Ağdamın mərkəzi hissəsi 2026-cı ildə formalaşdırılacaq. Müasir Ağdam keçmiş Ağdam şəhəri və ətrafındakı səkkiz kənddən ibarət olacaq. Ağdamda 5 yaşayış məhəlləsi tikiləcək, “Zəfər” və açıq hava altında “İşğal” muzeyləri fəaliyyət göstərəcək. “İşğal” muzeyi məscidin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya olunacaq və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və acı işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən sönbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər”.
Prezidentin xüsusi nümayəndəsinin müavini görüləcək işlərdən danışarkən əlavə edib ki, Ağdamda aparılan tikinti-bərpa və yenidənqurma işlərinə geniş yol şəbəkəsinin yaradılması, magistral qaz və su xətlərinin çəkilməsi də daxildir. Prezident İlham Əliyev 2021-ci ildə Ağdam-Bərdə avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib, 2022-ci ildə Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub, Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub. Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşəcək. Şəhərdaxili yollarda rahat hərəkəti təmin etmək üçün piyada, velosiped və ictimai nəqliyyatın hərəkət edəcəyi avtobus yolları, tıxacın qarşısını almaq üçün parkinq zolaqlarının tikintisi nəzərdə tutulub. Layihənin 2024-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
“Ağdamda, həmçinin Muğam Mərkəzi, hotellər, Mərkəzi və Meşə parkı da fəaliyyət göstərəcək. Şəhərin istirahət zonasında süni göl yaradılacaq və ətrafı bulvar, meşə parkı olacaq. Şəhər əhalisini istiliklə təmin etmək məqsədilə qazanxana komplekslərinin tikintisi planlaşdırılır. Bir sözlə, Ağdam həqiqətən Azərbaycanın ən müasir və mötəbər ünvanlarından biri, modern şəhərlərindən olacaq”, - deyən B.Hacıyev bildirib ki, bütün bu işlər dövlət başçısının ciddi nəzarəti altında həyata keçirilir: “Belə ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının, Ağdam Sənaye Parkının təməlqoyma mərasimlərində iştirak edib. 2022-ci il fevralın 14-də isə Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoyub. Ağdam Sənaye Parkı müxtəlif istehsal müəssisələrinin fəaliyyətini təmin etməklə yanaşı, bura köçürüləcək əhalinin məşğulluğu istiqamətində mühüm rola malik olacaq.
Onun sözlərinə görə, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan su anbarından suvarılan, ümumilikdə, 7000 hektar torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarının torpaq bəndi, qülləli suburaxıcı və şaxtavarı sutullayıcı qurğular, magistral kanalın başlanğıc 6,64 kilometr hissəsi hidrotexniki qurğularla birlikdə təmir-bərpa olunub, eyni zamanda, yeni inzibati binası, təmir emalatxanası və nasosxana tikilib.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 gün sonra
-
-
3 saat əvvəl
Palata: Kommersiya obyektləri ucuzlaşıb, icarə haqları düşüb
-
4 saat əvvəl
“Unibank”ın 5 milyon dollarlıq istiqrazlarını 54 investor əldə etdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat “Tax free” qaytarıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir ®
-
7 saat əvvəl
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib ®
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Palata: Kommersiya obyektləri ucuzlaşıb, icarə haqları düşüb
Şirkət 14 faizlə 1 milyon manat cəlb edir
Aktiv ƏDV ödəyicilərinin sayı 6 faizə yaxın artıb
Ən çox oxunanlar
Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir ®
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib ®
Bakının torpaq bazarında qiymət “uçuşu”
Avqustun 12-də gözlənilən hava şəraiti
"Epoint" nizamnamə kapitalını 1 milyon 275 min 191 manata çatdırıb























