Bakı hava limanındakı ağ təyyarələr və onların xarici uçuş heyəti nə məsələdir? - AZAL-DAN AÇIQLAMA
"Artıq yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün icarəyə götürülən təyarələrdə əcnəbi heyətlə yanaşı, hər uçuşda AZALın öz təyarə bələdçiləri də mövcuddur. Həmçinin, uçuşdan öncə və uçuş zamanı səsləndirilən bütün məlumatlar, ilk növbədə Azərbaycan dilində səsləndirilir".
Son günlər Heydər Əliyev adını Beynəlxalq Aeroportu ərazisində üzərində "Azerbaijan" yazılmış ağ sərnişin təyyarələri, AZAL-ın reyslərində bu təyyarələrdən istifadə edilməsi, təyyarələrin uçuş və kabin heyətinin xarici vətəndaşlar olması, onların İngilis dilində danışması, qida xidməti zamanı xarici dil bilməyən Azərbaycan vətəndaşlarının bundan əziyyət çəkmələri, verilən məlumatların böyük hissəsinin ingilis dilində səsləndirilməsi biri sıra suallar yaradıb.
Məsələn, Bakı-İstanbul uçuşu zamanı sərnişinlərə "AirHub Airlines" aviaşirkətilə uçduqlarına görə onlara təşəkkür olunur.
Marja.az-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Maltada qeydiyyatdan keçmiş "AirHub Airlines" şirkəti və Litvanın "GetJet Airlines" şirkəti ilə əməkdaşlığa başlayıb.
Belə ki, AZAL marşrutların sayını və mövcud marşrutlar üzrə tezliyi (uçuşların sayını) artırdığından yeni təyyarələrə ehtiyac yaranıb. Bu ehtiyacı təmin etmək üçün xarici şirkətlərdən hava gəmiləri icarəyə götürülüb. AZAL istehsalçılar ilə yeni təyyarələrərin alınmasına dair müqavilələr imzalayıb, lakin təyyarələr bir müddət sonra AZAL-a təhvil veriləcəkdir. Eyni zamanda da, təyyarələr təhvil alınanadək Şirkətin mövud donanması da marşrutların sayını və tezliyini artırmağa kifayət etmir. Belə bir vəziyyətdə Dünyada mülki aviasiya sahəsində geniş istifadə edilən təcrübələrdən biri də lizinq yolu ilə təryyarələin icarəyə götürülməsidir. AZAL da bu təcrübədən istifadə edərək "AirHub Airlines" və "GetJet Airlines" şirkətlərilə müqavilələr imzlayıb. Lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur. Qısası, hava gəmilərini icarəyə verən şirkət uçuş və kabin heyətini də özü ilə gətirib. Sərnişinlərin marağına səbəb olmuş xarici vətəndaşlardan ibarət uçuş və kabin heyəti icarəyə götürülmüş təyyarələrin sahibi olan şirkətin işçiləridir.
Marja.az-ın AZAL-dan əldə etdiyi məlumata görə, reyslərdə bütün məlumatların tam şəkildə Azərbaycan dilində səsləndirilməməsi, qida xidməti göstərilən zaman tərcümə çətinliyinin yaşanması yeni təcrübədən istifadənin ilk günləri mövcud olub. Artıq yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün icarəyə götürülən təyarələrdə əcnəbi heyətlə yanaşı, hər uçuşda AZALın öz təyarə bələdçiləri də mövcuddur. Həmçinin, uçuşdan öncə və uçuş zamanı səsləndirilən bütün məlumatlar, ilk növbədə Azərbaycan dilində səsləndirilir.
Əlavə edək ki, hazırda AZAL 29 ədəd Airbus, Boeing və Embraer təyyarələrindən ibarət donanmaya malikdir.
"GetJet" hava yolları baş ofisi Litvanın paytaxtı Vilnüsdə yerləşən aviaşirkətdir.
"AirHub Airlines" baş ofisi Maltada yerləşən, Airbus A330 və A320 təyyarələri, uçuş və kabin heyətilə dünya miqyasında xidmətlər göstərən aviaşirkətdir.
AZAL: 2 ŞİRKƏTLƏ "YAŞ LİZİNQ" SAZİŞİ İMZALAMIŞIQ
Məsələ ilə əlaqədar AZAL Marja.az-ın sorğusunu cavablandırıb:
Qeyd edilib ki, insanların səyahətə artan tələbatını nəzərə alaraq, Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi və mövcud reyslər üzrə uçuşların tezliyinin artırılması istiqamətində işlər görür.
Bununla əlaqədar, AZAL bu ilin noyabr ayının əvvəlində “AirHub Airlines” və “GetJet Airlines” aviaşirkətləri ilə üç təyyarənin icarəyə götürülməsinə dair “yaş lizinq" sazişi imzalayıb. Bu əməkdaşlıq AZAL-a genişləndirilmiş marşrut şəbəkəsi çərçivəsində rahat uçuşlar həyata keçirməyə və sərnişinləri əlavə reys seçimləri ilə təmin etməyə imkan verir.
"Mülki aviasiya sahəsində beynəlxalq təcrübədə geniş istifadə olunan “yaş lizinq" sazişi çərçivəsində hava gəmilərinin icarəsi və digər xidmətlərlə yanaşı, uçuş heyətinin təminatı da nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində icarəyə götürülən təyyarələr sərnişinləri rahat və təhlükəsiz uçuş imkanı ilə təmin edir. Yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün icarəyə götürülən təyarələrdə əcnəbi heyətlə yanaşı, hər uçuşda AZALın öz təyarə bələdçiləri də mövcuddur. Həmçinin, uçuşdan öncə və uçuş zamanı səsləndirilən bütün məlumatlar, ilk növbədə Azərbaycan dilində səsləndirilir",- AZAL-dan bildirilib.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
25 d. əvvəl
ABŞ-a viza almaq üçün 15 min dollara qədər zəmanət tələbi tətbiq edilə bilər
-
35 d. əvvəl
Gəncədə 271 ədəd traktor, 106 ədəd MAZ yük avtomobili istehsal edilib
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
109 minlik ipoteka krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənildi
-
5 saat əvvəl
AZCON-un icraçı direktoru bəzi komissiyaların tərkibinə daxil edildi
-
5 saat əvvəl
Avatr-dan yeni zavod - hər 60 saniyədə 1 avtomobil istehsal edir
-
5 saat əvvəl
Dövlət Vergi Xidməti proqnoza 6 faiz artıq əməl edib - 7 AYDA 10,5 MİLYARD MANAT VERGİ YIĞILIB
-
6 saat əvvəl
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
-
6 saat əvvəl
Satışı və mənfəəti artmış Azərbaycanın qızıl istehsalçısı borc yükünü azaldıb
-
7 saat əvvəl
Azərbaycanın sənaye zonaları üzrə məhsul ixracı 22 faizdən çox artıb
- 8 saat əvvəl
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

109 minlik ipoteka krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənildi

Avatr-dan yeni zavod - hər 60 saniyədə 1 avtomobil istehsal edir

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Ən çox oxunanlar

Azərbaycanın sənaye zonaları üzrə məhsul ixracı 22 faizdən çox artıb

Sabahın hava proqnozu açıqlanıb

BYD-nin satışı son 6 ay ərzində ilk dəfə azalıb

"Azərbaycan və Özbəkistan tərəfləri birgə IT-hab yaradılması ilə bağlı danışıqlar aparır"

Ərdoğan Ukraynaya səfər edəcək

Bu bankda kredit faizləri endi! – illik 9.9%-dən

Azərbaycanın aparıcı bankı xaricdən 15 milyon avro kredit cəlb edir - SAZİŞ İMZALANIB

Türkiyədə aylıq inflyasiya sürətlənib
