"Rəqəmsallaşma və logistika sahəsində regionun lider şirkətinə çevrilməyi hədəfləyirik" - MÜSAHİBƏ

Rəqəmsallaşan dünyada biznes mühitini formalaşdıran və ona təsir edən bir çox faktor vardır. Texnologiyaların sürətli inkişafı qurumları, xüsusi ilə də xidmət sahəsində fəaliyyət göstərən şirkətləri yeniliyə can atmağa vadar edir. Şirkətlər müştəri məmnunluğunu təmin etmək üçün ilk növbədə innovasiya və rəqəmsal həlləri tətbiq edərək bazarda öz mövqeylərini inamla qoruyub saxlayırlar.
Müasir dövrümüzdə rəqabətədavamlılığın əsas şərtlərindən biri də rəqəmsallaşmadır. Elə Azərbaycan da sürətlə rəqəmsallaşan dünyanın çağrışları ilə ayaqlaşmaq üçün bir sıra inamlı addımlar atmaqdadır. Rəqəmsallaşma ölkəmizin çatmaq istədiyi əsas hədəflərdən biri olaraq, 2021-ci ilin fevralında təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də nəzərdə tutulub. Azərbaycanı regional nəqliyyat qovşağında etibarlı tərəfdaşa və mərkəzə çevirməyi hədəf seçən “Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) da rəqəmsallaşma sahəsində bir neçə uğura imza atıb.
ADY-nin Baş rəqəmsallaşdırma inzibatçısı, rəqəmsal inkişaf departamentinin müdiri Andrey İskriçlə müsahibə:
- Andrey bəy, hazırda ADY-da rəqəmsallaşma prosesi hansı mərhələdədir?
- İlk olaraq vurğulamaq istəyirəm ki, Covid-19 pandemiyası qlobal miqyasda rəqəmsallaşmaya güclü təkan verdi. Şirkətlər yeni reallığa uyğun olaraq öz daxili proseslərinə və inkişaf strategiyalarına yenidən baxış keçirməli oldular. Biz müasir çağrışlara hədəflənərək ADY-də rəqəmsal transformasiya prosesinə başladıq. İndiyə qədər biz ADY-də İKT sahəsində əsas və köklü dəyişiklikləri həyata keçirə bilmişik. İlkin addım olaraq, İKT sahəsində görülən işləri vahid struktur daxilində mərkəzləşdirməyə nail olduq. Növbəti addım olaraq isə tanınmış konsaltinq şirkətində çalışan mütəxəssislərlə birlikdə İKT üzrə inkişaf strategiyamızı hazırladıq.
Rəqəmsallaşma proqramı çərçivəsində ADY işçilərinin texniki təminatının yaxşılaşdırılması, informasiya təhlükəsizliyi və müvafiq stansiyaların naqilsiz internet ilə təmin edilməsi, proqram təminatlarının yenilənməsi istiqamətində də bir sıra işlər görür. Belə ki, əməkdaşlar üçün 360 yeni kompüter və noutbukun, o cümlədən yardımçı texniki avadanlıqların (monitorlar, klaviaturalar və s) alınması, eyni zamanda daha 4200 əməkdaşın noutbuklarında lisenziyaların yenilənməsi həyata keçirilir.
Bu gün əminliklə deyə bilərəm ki, ADY-də rəqəmsallaşma proqramı bütün sahələri əhatə edir. Belə ki, istehsalat sahələri və korporativ funksiyanın avtomatlaşdırılması, biznes proseslərin hazırlanması, mərkəzi hesabatlılıq sisteminin qurulması, insan kapitalının optimallaşdırılması, müştəri xidmətlərinin rəqəmsallaşdırılması və s. bizim uğur tarixçələrimizdir.
Layihə idarəçiliyi sahəsində isə yeni idarəetmə üsulları və alətlərini tətbiq etdik. İKT və rəqəmsallaşma layihələrin idarə edilməsi və digər sahələrdə təcrübələrin təkmilləşdirilməsi üçün təlim mərkəzini yaratmağa nail olduq.
Bu günlərdə isə daha bir innovativ yeniliyə imza atdıq. Sərnişinlər üçün mobil tətbiqimiz olan “ADY Mobile”dan istifadəni onlar üçün əlçatan etdik. Tətbiqin oktyabrın 20-dən etibarən istifadəyə verilməsinə baxmayaraq qısa müddət ərzində 10 mindən çox sərnişin tətbiqimizi artıq yükləyib. Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradır. “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi indi qat-qat rahatdır.
Mobil tətbiq sərnişinlərə rəqəmsal həll təklif etməklə yanaşı ADY-na öz sərnişinlərini daha yaxından tanımaq imkanını verir.
Sərnişinlərimizi rəqəmsal mühitə alışdırmaq üçün hələ bu ilin yayından etibarən hazırlıqlara başladıq. Rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə 1 iyul tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırdıq. Artıq sərnişinlərimiz heç bir fiziki təmas olmadan NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə rahat şəkildə səfərlərini həyata keçirə bilirlər.
Qarşımızda hələ böyük öhdəliklər var, biz hələ rəqəmsallaşma yolunun başlanğıcındayıq.
- Transformasiya prosesində hansı çətinliklərlə üzləşdiniz?
- Təəssüf ki, 143 illik zəngin tarixə malik ADY-də rəqəmsal təşəbbüslər və dəyişikliklər uzun müddət həyata keçirilməyib. Qarşılaşdığımız əsas çətinliklər zəruri rəqəmsal təcrübələrin , o cümlədən işçilərin əksəriyyətinin bu prosesə hazır olmaması idi.
Qeyd edim ki, ADY ənənəvi şirkət nümunəsindən müasir, inteqrə olunmuş və keyfiyyətli xidmətlər göstərən korporativ quruma çevrilməyi hədəf seçib. Qurum yükdaşıma və sərnişindaşıma sahələrində effektivliyin artırılması, “yaşıl enerji”, innovativ və rəqəmsal texnologiyaların tətbiqi, biznes dayanıqlılığı və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində kompleks tədbirlər planı həyata keçirir.
Əminəm ki, ADY-nin transformasiya yolunda qət etdiyi uğurlu yol tərəfdaş qurumlar üçün də ən yaxşı təcrübə nümunəsi olacaq.
- Ümumiyyətlə, proseslərin avtomatlaşdırılması müştərilərinizə nə vəd edir?
- Dəmir yollarında baş verən proseslərin avtomatlaşdırılması müştərilərə səmərəlilik, təhlükəsizlik və etibarlılıq daxil olmaqla bir sıra üstünlüklər vəd edir. Gəlin bir nümunə üzərindən proseslərin avtomatlaşdırılmasının üstünlüklərindən danışaq. Proseslərin avtomatlaşdırılması insan səhvini minimuma endirməklə və iş qrafikini optimallaşdırmaqla daha dəqiq və proqnozlaşdırıla bilən məlumatların emal olunmasına və müştəri məmnuniyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə töhfə verə bilər. Bundan əlavə, avtomatlaşdırılmış proseslər potensial problemlərin vaxtında aşkarlanmasına və qabaqlayıcı tədbirlərin görülməsi ilə sərnişinlərə tam təhlükəsiz səyahəti reallaşdırmağa imkan yaradır.
- Yükdaşımalar ADY-nın fəaliyyətinin böyük bir hissəsini təşkil edir. Beynəlxalq tranzit dəhlizlərinin oyunçuları vaxtaşırı olaraq öz müştəriləri üçün rəqəmsal həllər təklif edir. ADY yük cəlbediciliyini artırmaq üçün hansı zəruri addımları atır?
- Təbii ki, ADY də öz növbəsində ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarını daha cəlbedici təşviq etmək üçün yük operatorlarına rəqəmsal xidmətlərini təklif edir. Biz əsasən Orta Dəhliz üzrə bazar iştirakçıları ilə birgə çalışırıq. Xüsusilə, Multimodal Nəqliyyat Platformasının yaradılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq edirik, eləcə də mövcud 2 P.L. + səviyyəsində fəaliyyət göstərən logistika şirkətləri ilə inteqrasiya olunmuş məlumat mübadiləsini həyata keçiririk.
ADY SMART əməliyyat sistemimiz isə müştərilərimiz üçün təklif etdiyimiz innovativ həllərdən biridir. Gəlirlərə nəzarət və yerlərdə əməliyyatların səmərəli təşkili üçün ADY SMART unikal tətbiqdir. Bu innovativ həll vasitəsilə biz Azərbaycan ərasinzində bütün stansiyalarda baş verən əməliyyatları şəffaf izləyə bilirik. Sual yarana bilər ki, bəs bu tətbiq biznes müştərilərinizə nə vəd edir? Əvvəllər müştərilərimiz sifarişlərini kağız qaimələrlə təqdim edirdilərsə hazırda kağız sərfiyyatı tamamilə aradan qaldırılıb, bütün sövdələşmələr ADY SMART üzərindən aparılır. Bu tətbiqdən istifadə qaydaları ilə bağlı yük sahiblərinə müvafiq təlimlər də təşkil etmişik. Tətbiq vasitəsilə müştəri öz kabinetini yaradır, sifarişlərini onlayn qaydada həyata keçirir və vaxta qənaət edir.
Ən vacib addımlardan biri də ADY SMART-ın tərəfdaşlarımızın əməliyyat sisteminə uğurla inteqrasiya olunmasıdır. Sistem eyni zamanda gömrük sisteminə inteqrasiya olunmuş, vahid elektron qaimə vasitəsilə müştəri ilə ADY və gömrük orqanları arasında səmərəli əməkdaşlıq platforması yaradılıb.
- Ümumiyyətlə Azərbaycan dəmir yolları şəbəkəsinin tam rəqəmsallaşdırılması nə qədər realdır? Siz bu hədəfə hansı müddətə çatmağı düşünürsünüz?
Dəmir yollarının tam rəqəmsallaşdırılmasından danışmaq hələ tezdir. Əsas odur ki, rəqəmsallaşma prosesini sürətlə icra edirik. Cəmi bir neçə il əvvəl qlobal iqtisadiyyata önəmli töhfə verən nəhəng şirkətlərin fəaliyyətində süni zəka və IoT (əşyaların interneti) mexanizmlərinin necə səmərəli istifadə oluna biləcəyini heç kim təsəvvür belə etmirdi. İndi isə yüksək texnologiyalardan istifadə tədricən standarta və tələbə çevrilir.
Bunu başa düşərək, məqsədimiz ADY-nin fəaliyyətini "Real vaxt müəssisəsi" (Real-Time Enterprise) prinsipinə uyğunlaşdırmaqdır. Bu prinsip idarəetmədə rasional qərarların vaxtında qəbul edilməsi üçün proseslərin kifayət qədər avtomatlaşdırılmasını tələb edir.
Eyni zamanda, dəmir yolu infrastrukturunun saxlanılması üzrə əməliyyat planı da hazırlanır. Beynəlxalq məsləhətçi şirkətlərin dəstəyi ilə yaradılan bu innovativ sistem tranzit üzrə əməliyyat planı, eləcə də monitorinq mexanizmlərinin qurulmasını təmin edir. Bu sistem bizə istiqamətlər üzrə tranzit daşımaları, əməliyyatların izlənilməsi, hərəkət tərkibinin səmərəli istifadəsi, məlumat bazasının formalaşdırılması və şəffaflığın təmin olunmasına önəmli dəstək göstərir.
Həmçinin, bu günlərdə hərəkətin təhlükəsizliyi sahəsində GPS sisteminin tətbiqinə başladıq. Bu sistem vasitəsi ilə biz hərəkət vasitələrinin səmərəli istifadəsini müşahidə və nəzarət edə, stansiyaların işini onlayn qaydada izləyə və hesabatları real vaxt rejimində ala bilirik. Eyni zamanda, yanacaq təminatı məntəqələrində avtomatlaşdırılmış yanacağa nəzarət sistemini tətbiq edərək yanacağın məntəqələrə daxil olması, saxlanılması və istifadəsi, lokomotivlərin qət etdiyi məsafə, sürət və motosaatları real vaxt rejimində ölçülməsini tam şəffaf qaydada həyata keçirə bilirik.
- Dəmir yolu nəqliyyatında vacib məsələlərdən biri də hərəkətin təhlükəsizliyidir. Etiraf edək ki, bu sahə ən çətin və olduqca məsuliyyət tələb edən sahədir. Bu sahədə innovasiyaları tətbiq etmək mümkündür?
- Təbii ki, mümkündür. Ümumiyyətlə təhlükəsiz, etibarlı, müasir və eyni zamanda dayanıqlı nəqliyyat xidmətləri göstərməklə ADY Azərbaycanın regionun nəqliyyat qovşağına çevrilməsinə töhfə verməyi hədəfləyib. Bu baxımdan qurum əməkdaşlarının fəaliyyətində, o cümlədən sərnişin və yük daşımalarında təhlükəsizliyə ciddi önəm verir, müvafiq istiqamətdə risklərin idarəedilməsi prosedurlarını uğurla həyata keçirir.
Biz bu sahədə bir neçə layihə üzərində çalışırıq. Ən son uğurlarımızdan biri hərəkətin təhlükəsizliyinin avtomatlaşdırılmasının idarəetmə platformasının yaradılmasıdır. Sadə bir misal üzərindən sistemin üstünlüklərindən danışacam. ADY-nin sahə müfəttişləri 24/7 dəmir yolu infrastrukturunda baş verən bütün əməliyyatları izləyir və nöqsanları qeydə alırlar. Bu günə kimi bu qeydlər kağız və jurnallara yazılırdı. Birbaşa rəhbərlər tərəfindən qeydlərin yoxlanılması və müvafiq tapşırıqların verilməsi günlər bəzən isə həftələr alırdı. İndi isə Elektron Hesabatlılıq Sistemi fəaliyyət göstərir. Bütün baş vermiş nöqsanlar və ya pozuntu halları mobil telefon üzərindən qeyd alınır, dəlil və sübutların şəkli çəkilirək sistemə yüklənir. Baş vermiş qayda pozuntuları haqqında bildiriş dərhal bütün məsul rəhbərlərin mobil telefonuna göndərilir. Təbii ki, nöqsanların aradan qaldırılması da sübut və dəlillərlə elektron qaydada sistemə daxil edilir. Yəni bu sistem hadisələrə daha çevik, vaxt itirmədən reaksiya verməyə, kağız sərfiyyatını minimuma endirməyə imkan verir. Təbii ki, bu sahədə bizim növbəti ilə yeni planlarımız var. Hadisələrin idarəolunması, hərəkətin təhlükəsizliyi üzrə departamentlərin üzərinə düşən normativlərin idarəolunması sistemlərinin yaradılması üzrə də işlərə başlanılıb.
- Hərəkətin təhlükəsizliyindən danışmışkən SƏTƏM sahəsinə də toxunaq. ADY-də bu sahədə hansı islahatları həyata keçirir?
Qeyd edim ki, ADY bu yaxınlarda BMT-nin Qlobal Sazişinə üzv olmaqla dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək üçün yeni bir dəsti-xətt götürüb. Biz fəaliyyətimizi istər BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi və eləcə də, “Milli Prioritetlər-2030” Fəaliyyət Planına uyğun tənzimləməyi düşünürük. Təbii ki, ətraf mühitin qorunması, sosial məsuliyyət və yaxşı idarəetmə bizim çatmaq istədyimiz hədəflərin arasındadır. Dəmir yolu nəqliyyatı heç də əbəs yerə ətraf mühitin dostu adlandırılmır. Ölkədə yük və sərnişin daşımalarının təqribən 90 faizi elektrik enerjisi ilə işləyən lokomotiv və qatarlar vasitəsi ilə həyata keçirilir ki, bu da ətraf mühitin qorunmasına əhəmiyyətli dərəcədə müsbət təsir gostərir.
Son dövrlər ADY dəmir yolu xətlərində modernizasiya işlərini aparmaqla yanaşı, ekologiya ilə dost olan lokomotiv və vaqon parkının zənginləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirir. Bu ilin sonu gələn ilin əvvəli ölkəyə çatdırılacaq ümumilikdə yeni 10 Stadler qatarları da sərnişinlərə komfort və təhlükəsizliyin zövqünü yaşatmaqla yanaşı, enerji sərfiyyatının azaldılmasına da xidmət göstərəcək.
Hesablamalara görə, bir Stadler qatarı 15 avtobus və ya 96 minik avtomobilin sərnişinini daşımaq iqtidarındadır. Digər nəqliyyat vasitələri atmosferi karbon qazı ilə çirkləndirdiyi halda, bu elektrik qatarlarının havaya CO2 tullantısı sıfıra bərabərdir. Bununla yanaşı, Stadlerlərin hərəkət etdiyi xətlərdə uzun ölçülü relslərin hesabına yeni calaqsız yol infrastrukturu yaradılmışdır ki, bu da qatarların daha səssiz hərəkətinə imkan verib.
- ADY qlobal nəqliyyat şəbəkəsinin rəqabətədavamlı üzvü olmaq üçün hansı hədəflərə çatmağı planlaşdırır?
- Qısaca olaraq vurğulamaq istəyirəm ki, ADY insanları, ölkələri və iqtisadiyyatları birləşdirən, rəqəmsallaşma və logistika sahəsində regionun lider şirkətinə çevrilməyi hədəf seçib.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
4 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
1 saat əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 16 saat əvvəl
-
16 saat əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Futbolun İnkişaf Fondu son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb
- 16 saat əvvəl
Son Xəbərlər

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək
Ən çox oxunanlar

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq

Bank of Baku-nun İdarə Heyətinə yeni təyinat olub

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi ®

İRİA startap bacarıqlarını “İNNOSTART” ilə gücləndirir

OMODA və JAECOO avtomobil markaları Azərbaycan bazarına daxil olur
