Əhalinin və sahibkarların vergi yükünün azaldılması, güzəşt və azadolmaların uzadılması təklif olunur
2024-cü ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər açıqlanıb.
Marja.az-ın məlumatına görə, 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir ki, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması nəzərdə tutulur.
Belə ki, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi: maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması, kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi;
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi: sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi, tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakın siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlakın reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınması;
Vergi inzibatçılığının təkmilləşdirilməsi: vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi, avans ödənişlərə görə elektron qaimə-fakturanın verilməsi və onun verilmə vaxtının müəyyən edilməsi;
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təkmilləşdirilməsi: 2020-2022-ci illər üzrə vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələri, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” milli prioriteti çərçivəsində nəzərdə tutulmuş hədəflər, həmçinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmaların və güzəştlərin müddətli müəyyən edilməsi amili nəzərə alınmaqla, vergi və gömrük sahəsində normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanmışdır. Layihələrdə 2023-cü ilin sonunda müddəti tamam olan güzəşt və azadolmaların müddətinin 3 il uzadılması təklif olunur. Növbəti mərhələdə güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyi qiymətləndirilməklə sonrakı illər üzrə hədəflərin, habelə nəticəyönümlü güzəşt və azadolmaların müəyyən edilməsi nəzərdə tutulur.
Gömrük ödənişlərinin təkmilləşdirilməsi: daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi, bir sıra əsas vəsaitlərin idxalında ƏDV-dən azad olunmanın tətbiq edilməsi.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
7 saat əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
7 saat əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
7 saat əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
8 saat əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
9 saat əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
-
11 saat əvvəl
SOCAR-ın Birləşmiş Ərəb Əmirlikləri üzrə gəlirləri 8 dəfədən çox azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Ən çox oxunanlar
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı
SOCAR-ın xalis mənfəəti yerində sayıb
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı



























