“Azərlotereya”da yeni təyinat
“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub.
Marja.az xəbər verir ki, Şirkətin İnsan resursları və inzibati məsələlər üzrə yeni direktoru Leyla Namazova təyin edilib.
İnsan resurslarının idarə edilməsində 15 ildən artıq təcrübəyə malik Leyla Namazova regional və qlobal miqyasda fərqli sektorlarda böyük və müxtəlif işçi heyətlərinin dəstəklənməsi sahəsində yüksək biliyə sahibdir.
O, bundan öncə “Kapital Bank”da İstedadların cəlb edilməsi və biznes partnyorluq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin 2016-2023-cü illərdə “Borusan Cat”da insan resursları üzrə müxtəlif rəhbər vəzifələrində fəaliyyət göstərib. Leyla Namazovanın təcrübəsinə 2013-2016-ci illərdə ADA Universitetində İnsan resursları üzrə kurator, 2013-cü il “Embafinans” kredit təşkilatında İnsan resursları üzrə direktor, 2007-2013-cü illərdə isə “Xalq” Bankın İnsan resursları üzrə rəhbəri kimi fəaliyyətləri də daxildir.
“Azərlotereya”nın yaydığı məlumatda bildirilir ki, effektiv fəaliyyətin əsas şərtlərindən olan kadr siyasətinin peşəkarlığına önəm verən “Azərlotereya” işçilərinin karyera imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir.
Şans oyunları sektorunda innovativ xidmət göstərmək missiyasını daim yerinə yetirən “Azərlotereya”nın kadr siyasətində həyata keçirdiyi yeniliklər əməkdaşların iş prosesini daha səmərəli və effektiv hala gətirir, onların peşəkar inkişafına dəstək göstərir. Kadrlarla işgüzar imkanları yaradan “Azərlotereya”nın işçilərin təcrübə və bacarıqlarını qiymətləndirərək müvafiq vəzifələrə təyin etməsi həm onların motivasiyasının artırılması, həm də şirkətin məhsuldarlığının səmərəliliyinə böyük töhfə verir. “Azərlotereya”da işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il fərmanına əsasən yaradılmış “Azərlotereya” ASC 2021-ci ildə Türkiyənin dünyaca nüfuzlu “Demirören Holdinq”inə idarəetməyə verilib. “Demirören Holdinq” hazırda Türkiyə və beynəlxalq arenada uzunmüddətli və davamlı sərmayə yatırım həyata keçirmək, iqtisadiyyatda əlavə dəyər yaratmaq məqsədilə KİV, daşınmaz əmlak, turizm, təhsil, texnologiyalar və şans oyunları kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























