Hökumət 2024- 2027-ci illərdə Manatın Dollara 1,70-də bağlı olaraq qalacağını bildirir
Azərbaycanın İqtisadiyyat Nazirliyi makroiqtisadi proqnozlarda 2024- 2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürüb.
Marja.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin dərc etdiyi "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
"İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024- 2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülmüşdür. Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabit qalmasını dəstəkləyəcəkdir",- Çərçivədə deyilir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-nin real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat, o cümlədən qeyrineft/qaz ÜDM-nin real ifadədə 4,0 faiz artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-nin real ifadədə 0,3 faiz azalacağı gözlənilir.
Neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft/qaz sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft/qaz gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2027-ci ildə ÜDM-nin tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neftqaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
Qeyd edilib ki. inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir.
2023-cü ildə əsas kapitala olan investisiyalarda 7,7 faiz, ortamüddətli dövrdə isə orta illik 1,6 faiz artım olacağı proqnozlaşdırılır. Qarşıdakı dövr ərzində neft-qaz sektoru üzrə olan investisiyalarda azalma, digər sahələr üzrə isə artım müşahidə ediləcəkdir. Belə ki, digər sahələr üzrə investisiyalar 2023-cü ildə 13,4 milyard manat proqnozlaşdırıldığı halda, 2027- ci ildə 16,9 milyard manata yüksələcəkdir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
8 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 8 saat əvvəl
-
9 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
9 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
10 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
10 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır






























