"Bizim sular təmiz yerdə qablaşdırılır, sadəcə etiketdə xırda səhv olub" - "İLK SU"dan iddialara cavab

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən "İLK SU" əmtəə nişanlı 19 litrlik qablaşdırılmış su məhsullarının etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib. Bizim məhsullar sanitar vəziyyətin qənaətbəxş olduğu ünvanda istehsal olunur".
Bunu Marja.az-a açıqlamasında "İLK SU" məhsullarının istehsalçısı olan fərdi sahibkar İlkin Əliyev nümayəndəsi Nuran Əliyev bildirib.
Onun sözlərinə görə, AQTA əməkdaşları "İLK SU" məhsullarının etiketində müvəqqəti istehsal ünvanının göstərilməməsini irad tutublar:
"AQTA əməkdaşları bizim suyun tərkibini analiz ediblər, heç bir uyğunsuzluq aşkar edilməyib, suyun tərkibi standartlara uyğundur. Məhsul ilə bağlı heç bir problem yoxdur. Sadəcə etiket məlumatlarına iradlarını bildirdilər. Belə ki, hazırda bizim müəssisədə təmir işləri aparıldığı üçün müvəqqəti olraraq "İlk SU" məhsulları Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qadaşov Azər Məmməd oğluna məxsus su emalı müəssisəsində qablaşdırılır. Məhsulların etiketində bizim müəssisənin Pirşağı qəsəbəsindəki ünvanı göstərilir. Biz öyrəndik ki, etiketdə suyun doldurulduğu ünvan qeyd edilməlidir. Xırda bir səhv etmişik. Bir daha qeyd edim ki, müvəqqəti təmir işlərilə əlaqədar olaraq içməli su məhsulları öz ünvanımızda deyil, müqavilə əsasında başqa bir ünvanda qablaşdırılır. Bunu da etiketdə qeyd etmək tələbi var imiş. 3-4 gün ərzində bizim müəssisədə təmir işləri yekunlaşacaq və məhsulları öz ünvanımızda qablaşdıracayıq".
Xəbər verdiyimiz kimi, daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qadaşov Azər Məmməd oğluna məxsus su emalı və qablaşdırılması müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, hazır məhsulların saxlanması üçün anbarın və təmizlik vasitələri üçün ayrıca sahənin təşkil edilmədiyi, sanitar vəziyyətin qənaətbəxş olmadığı, müəssisədə emal olunan "İlk Su", "Birinci Su", "Gündəlik Su", "İLK SU" əmtəə nişanlı 19 litrlik qablaşdırılmış su məhsullarının etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb.Laborator müayinələrin aparılması məqsədilə qablaşdırılmış su məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, nümunələrin normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq müəssisədə su məhsullarının istehsalı dayandırılıb və müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Nuran Əliyev əlavə edib ki, "İLK SU" məhsulları AQTA əməkdaşlarının yoxlama apardığı müəssisəsində deyil, sahibkar Azər Qadaşova məxsus başqa bir sexdə qablaşdırılıb:
"Onların öz məhsullarını qablaşdırdıqları yer ayrıdır, bizim üçün dolum etdikləri ayrıdır. "İLK SU" məhsulları qablaşdırılan istehsal sahəsi sanitariya norma və qaydalarının tələblərinə uyğundur. Mən pulumu verib dolumu sifariş edirəm, nə üçün sanitariya norma və qaydalarına uyğun olmayan yerdə dolumu sifariş edim?"
Nuran Əliyev qeyd edib ki, "İLK SU" məhsullarının mənbəyi Oğuz - Qəbələ -Bakı su kəməridir. Kəmərdən qəbul edilən su filtirdən keçirilir, ozonlaşdırılır və qablaşdırılaraq müştərilərə göndərilir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 gün sonra
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
- 17 saat sonra
- 46 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda hər gün orta hesabla 15 ədəd minik avtomobili istehsal olunub - 2 DƏFƏ ARTIB
-
1 saat əvvəl
Hər kəs üçün bərabər bankçılıq: AccessBank-dan yeni inklüziv təşəbbüs
-
2 saat əvvəl
Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik qüvvəyə mindi
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın “Coca-Cola Paylaş” kampaniyası geri qayıdır!
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

Böyük şirkət vakansiyalar elan etdi

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

Azərbaycanda mobil rabitə gəlirləri 2 %-ə yaxın artıb

Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB

Coca-Cola Azərbaycanın “Coca-Cola Paylaş” kampaniyası geri qayıdır!

Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşuldu
Ən çox oxunanlar

“Air Astana” aviaşirkəti Atıraudan Bakıya birbaşa üçuşlara başlayır

Mazda artıq Babəkdə - 9840 manatdan başlayan ilkin ödənişlə

“Peyk zavodu”nun direktoru dəyişib

Azərbaycanın qida şirkəti satılır - Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

Azərbaycan neftinin son qiyməti

Qızılın qiymətində aprelin 10-dan bəri bir ilk

Rəsmi məzənnələr açıqlandı
