"Sərnişinlər İsrailə və əks istiqamətə uçuş biletlərini noyabrın 30-dək cəriməsiz qaytara bilər"
İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu ölkəyə və əks istiqamətdə reyslərlə bağlı xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir.
Marja.az-ın AZAL-a istinadən yaydığı məlumatına görə, AZAL-ın sərnişinlərinə Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına və əks istiqamətə 7 oktyabr daxil olmaqla, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletləri noyabrın 30-dək (bu tarix daxil olmaqla), hər hansı digər tarixlər üçün “involuntary” və ya yenidən rəsmiləşdirmə prosedurları əsasında geri qaytarılmasına icazə verilir.
“Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür. Uçuş cədvəlində dəyişiklik və ya yenilik olarsa, bu barədə “Azərbaycan Hava Yolları”nın sərnişinləri operativ şəkildə məlumatlandırılacaq. Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları” QSC-nin “callcenter@azal.az” çağrı mərkəzinə müraciət etmək tövsiyə olunur”, - qeyd edilib.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
7 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
10 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 11 saat əvvəl
-
11 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
11 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
12 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
12 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır





























