AZAL sabah aviabilet qiymətlərinə böyük endirim edəcək
AZAL Turizm Günü münasibətilə 29% endirim elan edirAzərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabrın 29-da ölkədə qeyd olunan Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yalnız sentyabrın 29-da aviabilet alan hər bir sərnişin AZAL aviaşirkətinin bütün istiqamətlərində 29% endirimdən yararlana biləcək.
Aksiya çərçivəsində biletləri 29 sentyabr - 28 oktyabr 2023-cü il tarixləri üçün əldə etmək olar.
Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Qeyd edilib ki, aksiya “Azərbaycan Hava Yolları”nın çarter və kod-şerinq reyslərinə şamil edilmir.
XXX
Türkiyədə təhsil alan tələbələr AZAL-ın güzəştli tariflərindən yararlanacaqlar
Azərbaycanın milli aviadaşıyıcısı Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edir.
AZAL-ın yaydığı məlumatda bildirilir ki, tələbələr üçün endirimlər aviaşirkətin Bakıdan Türkiyə şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur.
Endirimli aviabiletlərin bronlaşdırılması üçün aviaşirkətin çağrı mərkəzinə (callcenter@azal.az) müraciət etmək lazımdır. Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir.Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir.
Tələbələrə səyahətlərini əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxt ərzində biletləri bron etmək tövsiyə olunur.Tələbələr bu təklifdən ildə iki dəfə yararlana bilərlər ki, bu da təhsil müddətində səyahət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verəcək.
Qeyd edilib ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib




























