Yeni Klinika az sayda tibb müəssisələrinin sahib olduğu cihaz alın
Yeni Klinikaya yeni cihaz gətirildiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinə yeni cihazların gətirilməsi davam edir.
Yeni Klinikadan Marja-ya verilən məlumatda bildirilir ki, ölkədə fəaliyyət göstərən az sayda tibb müəssisələrinin sahib olduğu "Sümük Densitometriya - DEXA" cihazı sayəsində sümük sıxlığını ölçmək mümkündür.
Məhz bu cihazın vasitəsilə osteoporozun varlığı və dərəcəsi müəyyən edilir. "Sümük Densitometriya - DEXA" cihazının köməyi ilə müalicənin yekununda əldə edilən nəticəni əvvəlki müayinə ilə müqayisə etmək mümkündür.
Heç bir əlavə təsiri olmayan prosedur zamanı ağciyər rentgenoqrafiyasından alınan radiasiya dozasının yalnız onda biri qədəri alınır. Ağrısız həyata keçirilən prosedur təxminən 15 dəqiqə çəkir və heç bir ilkin hazırlıq tələb etmir.
Qeyd edək ki, osteoporoz sümüklərdə kalsium miqdarının azalması nəticəsində yaranan patalogiyadır. Bu halda sümüklər öz gücünü itirir və kövrəkləşir.
Osteoporozun erkən mərhələdə diaqnozunu qoymaq və xəstəliyin gedişatını müqayisəli şəkildə təhlil edə bilmək üçün inkişaf etdirilən sümük densitometriya sistemi osteoporoz səbəbiylə qırılma riskini təyin etmək üçün dünyada ən geniş istifadə edilən üsuldur.
Məlumat üçün bildirək ki, osteoporozun ilkin səbəbləri yaş, cinsiyyət, eyni zamanda siqaret və həddindən artıq spirtli içki istehlakı ilə müşayət olunan həyat tərzi, müəyyən dərmanların qəbulu nəticəsində sümük toxuma itkisidir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 33 d. əvvəl
- 39 d. əvvəl
-
53 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
56 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
14 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı































