Dövlət Vergi Xidməti üçün plan 1,1 milyard manatdan çox artırılır
2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlanıb.
Marja.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2024-cü ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 765,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 125,5 milyon manat və yaxud 0,4 faiz az, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 85,4 milyon manat və yaxud 10,1 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 269,8 milyon manat və ya 0,7 faiz azalma ilə 36 milyard 355,0 milyon manat proqnozlaşdırılır ki, bu da, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 4 milyard 290,4 milyon manat və yaxud 13,4 faiz çoxdur.
2024-cü ildə dövlət büdcəsinin kəsiri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz az olmaqla 2 milyard 590 milyon manat (ÜDM-də xüsusi çəkisi 2023-cü illə müqayisədə 0,1 faiz-bənd az olmaqla 2,2 faiz) proqnozlaşdırılır.
Gəlirlər necə təmin olunacaq?
2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41,1 faizini və ya 13 milyard 865,0 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1 milyard 122,0 milyon manat və ya 7,5 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 678,0 milyon manat və ya 10,8 faiz azdır. Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781,0 milyon manatı və ya 37,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 5 milyard 900 milyon manatı və ya 17,5 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 388 milyon manatı və ya 1,2 faizi isə sair gəlirlərin payına düşür.
2024-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini və ya 12 milyard 781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 23,7 faizini və ya 3 milyard 975,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini sair gəlirlər təşkil edəcəkdir.
2024-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 71,3 faizi və ya 9 milyard 890 milyon manatı qeyri-neft sektorunun, 28,7 faizi və ya 3 milyard 975 milyon manatı neft sektorunun payına düşür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,0 faizi həcmində olmaqla 5 milyard 900 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 172 milyon manat və ya 3,0 faiz, 2022-ci ilin faktı ilə müqayisədə 245,4 milyon manat və ya 4,3 faiz çoxdur.
Necə xərclənəcək?
Funksional təsnifat üzrə 2024-cü ildə iqtisadi fəaliyyət xərclərinə 7 milyard 380 milyon manat (xüsusi çəkisi 20,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 4 milyard 814,9 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6 milyard 421 milyon manat (xüsusi çəkisi 17,7 faiz), səhiyyə xərclərinə 1 milyard 871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 milyard 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 5 milyard 74,8 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 milyard 392,7 milyon manat (xüsusi çəkisi 3,8 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 364,8 milyon manat (xüsusi çəkisi 1,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
45 d. əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
1 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
-
1 saat əvvəl
Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
TuranBank nüfuzlu beynəlxalq qurumundan yerli valyutada kredit cəlb edib
-
2 saat əvvəl
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
-
2 saat əvvəl
İlk 2 ayda dövlət büdcəsinin gəlirləri 6,3 milyard manat, xərcləri 4,6 milyard manat olub
-
2 saat əvvəl
Bayram günü bəzi rayonlarda külək güclənəcək, leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!
İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini “sıfır”da saxladı
"Premium Bank" şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edib
“Sədərək”in sahibinə qarşı yarım milyonluq dələduzluq - Həbs edildi
Samsung çip sektoruna 73 milyard dollar investisiya yatıracaq
Bayram günlərinin hava proqnozu açıqlanıb
Martın 20-də gözlənilən hava şəraiti















