Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da açıqlanan inflyasiya məlumatlarının qarışıq siqnallar verməsindən sonra dünya birjalarında, xüsusilə major valyuta cütlüklərində üfüqi dalğalanma müşahidə olunur.
Dərc olunan məlumatlara görə, ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) avqust ayında ehtimal olunduğu kimi aylıq müqayisədə 0.6%, illik müqayisədə isə proqnozlaşdırılandan daha çox - 3.7% artıb. Aylıq müqayisədə bazar proqnozlarına uyğun olaraq artan CPI, 2022-ci ilin iyun ayından bəri ən böyük artımı qeyd etdi.
Eyni dövrdə, dəyişən enerji və ərzaq qiymətlərinin nəzərə alınmadığı İstehlak Qiymətlərinin Baza İndeksi aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 4.3% artıb. Sözügedən dövrdə baza inflyasiyası illik əsasda 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəsini qeyd edib. Baza inflyasiyası aylıq müqayisədə proqnozların üzərində açıqlansa da, illik baza inflyasiya ehtimal olunduğu kimi dərc edilib.
İnflyasiya göstəricilərinin dərcindən sonra valyuta bazarlarında qiymətlər FED-in gələn həftə keçiriləcək iclasında uçot faiz dərəcəsini sabit saxlama ehtimalının 97% olduğunu proqnozlaşdırmağa davam edir.
Nəticədə EUR/USD məzənnəsi 1.0720 - 1.0760, GBP/USD məzənnəsi isə 1.2450 - 1.2500 aralıqlarında üfüqi dalğalanmalarını davam etdirirlər. günü müvafiq olaraq 1.0750 və 1.2490 hədlərində tamamladılar. Əgər “buğalar” qiymətləri 1.07$ və 1.25$ həddlərinin üzərində saxlaya bilsələr, korrektiv artımlar bir qədər uzana bilər.
Bu gün isə Avropa Mərkəzi Bankının faiz qərarı valyuta birjalarında qiymətlərin formalaşmasında mühim rol oynaya bilər. AMB sürpriz faiz artımına gedərsə, bu avroda buy tendensiyasının qalıcılıq qazanmasına dəstək ola bilər.
Gün ərzində həmçinin Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, pərakəndə satış dövriyyəsinin həcmi və işsizlik müavinatı üçün ilk dəfə müraciət edənlərin sayı kimi önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitiklərin tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























