Lenovo-nun Bakıda ehtiyat hissələri anbarı açıldı - Azərbaycan şirkəti tərəfdaş olub
Azərbaycanın Divi şirkəti Çinin Lenovo şirkətinin logistika tərəfdaşı olub.
Bu barədə Marja.az-a Lenovo şirkətindən bildirilib.
Qeyd edək ki, Divi Azərbaycanda EPSON, CANON, LENOVO, ACER, NIKON, PIONEER DJ və s. brendlərin distribyutorudur.
Qeyd edilib ki, Lenovo şirkəti Mərkəzi Asiya və Cənubi Qafqazda mövcudluğunu genişləndirir və regionlarda ehtiyat hissələri anbarları şəbəkəsinin açıldığını elan edir.
"Bu, Lenovo-ya bazarda iştirakını gücləndirməyə və region ölkələrində müştəri xidmətlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək",- məlumatda bildirilir.
“Öz ehtiyat hissələri anbarımızın açılması bizə Mərkəzi Asiya və Azərbaycan bazarında mövqeyimizi möhkəmləndirməyə imkan verəcək. Bundan əlavə, bu, bizə müştərilərimizə xidmət keyfiyyətini artırmaqla yanaşı, regionda mövcud olan peşəkar xidmətlər portfelini genişləndirmək və zəmanətli avadanlıqların bərpa müddəti ilə xidmət təklif etmək imkanı verəcək. Məqsədimiz regionda və dünyada İKT infrastrukturu sahəsində kompleks həllərin ən böyük etibarlı tədarükçüsü olmaqdır”, - deyə "Lenovo İnfrastructure Solutions Group"un (ISG) Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktoru Andrey Kutukov şərh edib.
Şirkətin 3 anbarı Özbəkistanda (Daşkənd), Azərbaycanda (Bakı) və Qazaxıstanda (Almatı) açılıb. Lenovo anbarlarında bu ölkələrdən olan müştərilərinə xidmət və zəmanət xidməti üzrə müqavilə öhdəliklərini yerinə yetirmək üçün ehtiyat hissələri saxlayacaqdır.
Yerli anbarların olması lazımi malların birbaşa anbardan müştəriyə göndərilməsinə imkan verəcək. Üstəlik, anbarların belə təşkili hətta kiçik yaşayış məntəqələrini də lazımi ehtiyat hissələri ilə təmin etməyə və regionun digər ölkələrini təchiz etmək üçün paylama mərkəzlərinə çevrilməyə imkan verəcək.
Yeni ehtiyat hissələri anbarlarının açılması Lenovo-nun regionda şirkətin mövqelərini gücləndirmək strategiyasının bir hissəsidir.
Daşkənd və Almatıda yeni Lenovo anbarları UPS (United Parcel Service) beynəlxalq logistika şirkətinin bazasında fəaliyyətə başlayıb. Bakıda isə DiVi şirkəti Lenovo-nun logistika tərəfdaşı olub. Qeyd edilib ki, bu iş formatı Lenovo məhsullarının daşınması və logistikası baxımından bu tərəfdaşlarla uzun və müsbət əməkdaşlıq təcrübəsi ilə bağlıdır.
Anbarlar 24/7 fəaliyyət göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
10 d. əvvəl
Avtomobil qəzalarının maliyyə yükü böyüyür – 8 ayda “PAŞA Sığorta”dan 10 milyon manatdan çox ödəniş
- 14 d. əvvəl
-
32 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
Ən çox oxunanlar
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ


























