“AzerGold” adı ilə saxtakarlıq
“AzerGold” QSC-dən fişinq hücumları ilə bağlı növbəti xəbərdarlıq“AzerGold” QSC-dən fişinq hücumları ilə bağlı növbəti xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir ki, son dövrlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) adından müxtəlif sosial media resursları vasitəsilə saxta reklam kampaniyalarının təşkili davam etdirilir.
Fişinq xarakterli bu hücumlar zamanı “AzerGold” QSC sosial şəbəkə platformalarında müxtəlif “investisiya” layihələrinin təşkilatçısı kimi təqdim edilir və vətəndaşlar bu saxta layihədən faydalanmağa dəvət edilir.
"Diqqətə çatdırırıq ki, dövlət şirkətinə olan etibardan, həmçinin Səhmdar Cəmiyyətin işgüzar nüfuzundan sui-istifadə edilməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək, maliyyə vəsaitlərini mənimsəmək niyyəti ilə həyata keçirilir və “AzerGold” QSC onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır.
“AzerGold” QSC-nin fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda təqdim edilən keçidlərə daxil olmamağa, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq",- xəbərdarlıqda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























