Bakıda 200 meqapikselli “HONOR 90” smartfonunun musiqili təqdimatı baş tutub
(®) Dünən “Electra Event Hall” konsert zalında möhtəşəm 200 meqapiksellik kameraya sahib “HONOR 90” və sərfəli “HONOR 90 Lite” smartfonunun rəsmi təqdimatı baş tutub.
Tədbirin qonaqları təkcə 200 meqapiksellik smartfon kamerasını qiymətləndirməklə qalmayıb, eyni zamanda müsabiqə vasitəsilə yeni “HONOR 90” qazanmaq şansı əldə ediblər. Bununla yanaşı qonaqlar Mərdan Kazımov, Narmeen, Nadir Rüstəmli, Paster, Rio, Saybu Swag, RZZA, Wabe kimi ifaçıların canlı çıxışlarını dinləmək imkanı əldə ediblər. Cihazların hər biri ilə bağlı diqqətəlayiq məqamları diqqətinizə çatdırırıq.
Kompromissiz “HONOR 90”
“HONOR”dan sərfəli qiymət və flaqman cihazının xüsusiyyətlərini özündə birləşdirən qabaqcıl smartfon. Telefon üzərində hər kəs - həm mühəndislər, həm də dizaynerlər böyük əmək sərf ediblər. Sonuncular xüsusən “HONOR 90” üçün “arktik buz” qeyri-adi və cəlbedici rəng çalarını yaradıblar. Klassika həvəskarları üçün ənənəvi qara varinat mövcuddur, praktikliyi üstün tutanlar isə xoş məxməri örtüklü zümrüd-yaşılı rəngi qiymətləndirəcəklər.
“HONOR 90”ın əsas üstünlüklərindən biri 6,7 düym diaqonallı möhtəşəm displeydir. Matrisin yüksək ayırdetmə qabiliyyəti (1200x2664 piksel) ekrandakı təsvirin həmişə laminasiyalı kağızda çap edilmiş kimi aydın və yumşaq olmasını təmin edir. 120 Hz yeniləmə tezliyinə dəstək hərəkət animasiyasını mümkün qədər rəvan və gözə xoş gələn edəcək.
Yeri gəlmişkən smartfonun görməyə təsiri barədə. “HONOR 90”ın displeyi 3840 Hz impuls genişliyi modulyasiyası (PWM) tezliyinə malik olması ilə unikaldır. “HONOR 90”dan danışarkən qeyd etmək lazımdır ki, bu telefonlarda matrisin sayrışması istisna edilir və hətta uzunmüddətli istifadədən sonra da gözlər yorulmur. Bundan əlavə, gün batdıqdan sonra mavi işığın intensivliyini azaldan və beləliklə, gecə yaxşı yatmanıza kömək edən xüsusi “sirkad gecə ekranı” rejimi də mövcuddur.
Daha nə? İstənilən tapşırıq üçün kifayət qədər gücə malik yeni səkkiznüvəli “Qualcomm Snapdragon 7 Gen 1” prosessoru, sürətlə enerji yığan tutumlu batareya, 8 və ya 12 GB operativ yaddaş, 256 və ya 512 GB daxili yaddaş - sizə konkret olaraq uyğun gələn iki variantdan birini seçə bilərsiniz.
Əlbəttə ki, inanılmaz kameranı xatırlatmamaq olmaz. “HONOR 90” 200 meqapiksellik yüksək diafraqmalı (işıqtoplayıcı) sensora malikdir, bu sayədə siz təkcə gündüz deyil, həm də gecələr yüksək keyfiyyətli şəkillər əldə edə bilərsiniz. Bu sensora dəstək olaraq 12 meqapikselli genişbucaqlı kamera mövcuddur və müvafiq kamera makrofotolar üçün istifadə olunur.
Sərfəli “HONOR 90 Lite”
Adından göründüyü kimi, bu, yeni “HONOR 90” seriyasının başqa bir nümayəndəsidir, lakin flaqmandan daha sərfəlidir. “HONOR 90 Lite” smartfonu üç rəngdə tədqim olunur: səma mavisi, titan gümüşü və gecəyarısı qara.
Smartfon yüksək ayırdetmə qabiliyyətinə və 90Hz yeniləmə tezliyinə malik 6,7 düymlük yüksək keyfiyyətli ekrana sahibdir. Displey smartfonun ön hissəsinin 93%-dən çoxunu əhatə edir və perimetri boyu çox nazik çərçivələrlə fərqlənir. “HONOR 90 Lite” smartfonunda da “sirkad gecə ekranı” rejimi mövcuddur.
Smartfon dörd kamerasının olması ilə diqqət çəkir. Bunlara selfilər üçün frontal sensor, makrokamera, genişbucaqlı və 100 meqapiksellik əsas kamera aiddir. Belə böyük sensor daha çox təfərrüatı çəkmək üçün lazımdır. Çünki siz bu yolla bir şəkil çəkməklə hətta ən uzaq obyektləri belə yaxınlaşdıra bilərsiniz. Bu zaman keyfiyyət və dəqiqlik baxımından heç nə itirilməyəcək.
“HONOR 90 Lite” 8 GB operativ və 256 GB daxili yaddaş versiyasında mövcuddur. Smartfon səkkiznüvəli “Mediatek Dimensity 6020” prosessoruna əsaslanır və cəmi yarım saat ərzində enerjinin yarıdan çoxunu yığan tutumlu akkumulyatorla təchiz edilib.
“HONOR 90” avqustun 10-dan etibarən “İrşad”, “Baku Electronics” və “Kontakt Home” mağazalarında satışda olacaq.
“HONOR 90” üç rəngdə (zümrüd-yaşılı, geceyarısı qara və arktik buz) və iki yaddaş ölçüsündə mövcuddur. 12+512 GB versiyası 1399,99 AZN, 8+256 GB versiyası isə 1199,99 AZN dəyərindədir.
“HONOR 90 lite” 8+256 GB isə sərfəli qiymətə - 649.99 AZN-ə artıq satışdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 18 d. əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
16 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
16 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
16 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 17 saat əvvəl
-
18 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Etimad, peşəkarlıq və davamlı inkişaf!
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək








.jpg)











