4-cü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək
Onlayn tədbir çərçivəsində qrant müsabiqəsi ilə bağlı KOB subyektlərini maraqlandıran suallar cavablandırılacaq.Avqustun 14-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Agentlik tərəfindən elan edilmiş KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair 4-cü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək.
Onlayn tədbirin təşkilində məqsəd müsabiqənin şərtləri, lazım olan sənədlər, müsabiqəyə müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.
KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla tədbirdə iştirak edə bilərlər:
https://us06web.zoom.us/j/86299056125?pwd=UE42Z042alJyMi84aUNNSkYrWGtodz09
Meeting ID: 862 9905 6125
Passcode: 383492
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu 14 avqust 2023-cü il saat 09:00-dan – 13 sentyabr 2023-ci il saat 18:00 tarixinə qədər davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir.
Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: bit.ly/3YB1x2F
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
9 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
10 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























