“Kriptovalyutaya olan marağımız gün gələcək "Azcoin" üzərində fokuslaşacaq”
“Hazırda kriptovalyuta bazarının həcminin aşağı olması, bu sahəyə investisiyaların dayanması təsəvvürü yaradıb. İyulun ortalarına doğru 31 min dollar səviyyəsinin üzərinə çıxan və bazarda yüksəliş ehtimalını gücləndirən "Bitcoin" avqust ayınının əvvəlindən etibarən “yarpaq da tərpətmirdi”. Lakin son günlər kripto pul bazarlarında baş verən yüksəliş investorlara ümid verir. Məsələn, dünən Bitcoin 4%-ə yaxın artım qazanaraq 30 min dollarlıq bəndı keçib”.
Bunu “Azcoin” Milli Kriptovalyuta layihəsinin təmsilçisi, tanınmış jurnalist Nicat Dağlar son dövrlər rəqəmsal valyuta bazarında müşahidə olunan durğunluğa münasibət bildirərkən deyib.
N.Dağlar ekspertlərin hesablamalarına əsaslanaraq qeyd edib ki, “Bitcoin" ilin sonuna kimi 40 min dollar səviyyəsində olacaq.
“Azcoin” təmsilçisi onu da vurğulayıb ki, qiymətlərin kəskin dəyişməsindən, bazarlarda müşahidə olunan durğunluqdan və ümumiyyətlə nə baş verməsindən asılı olmayaraq kriptovalyuta yeni dövrün əsas elemetlərindən biri olaraq özünə olan tələbatı getdikcə daha da artıracaq:
“Və gün gələcək biz hələlik layihə şəklində olan milli kriptovalyutamız Azcoinin dünya bazarlarındakı mövqeyinin xarakterindən bəhs edib, kriptovalyutaya olan marağımızı məhz "Azcoin" üzərində fokuslaşdıracağıq”.
© Musavat.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
22 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 25 d. əvvəl
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb


















.jpg)







