“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

BoE faiz qərarı ya NFP? Funt-sterling yoxsa, dollar?
“InvestAZ İnvestisiya şirkəti”-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Qlobal birjalar mərkəzi bankların açıqladığı faiz qərarlarından sonra keçən həftə ağır alış motivli tendensiya sərgiləməsi ilə yadda qaldı.
Xatırladaq ki, keçən ilin mart ayından etibarən hər toplantısında uçot faiz dərəcəsini artıran ABŞ Federal Ehtiyatlar Sistemi (FED) ötən ay bu addımları dayandıraraq faiz dərəcələrini sabit saxlamışdır.
İyul toplantısında FED-in Federal Açıq Bazar Komitəsi (FOMC) uçot dərəcəsini 25 baza bəndi artıraraq 5.25-5.50% aralığına çatdırdı və beləliklə, siyasət faizini 31 yanvar 2001-ci ildən bəri ən yüksək səviyyəyə qaldırdı.
FOMC-un açıqlamasında bildirilib ki, son göstəricilər iqtisadi aktivliyin mülayim templə genişlənməsinə işarə edir və son aylarda iş yerlərində qazanclar güclü olub, işsizlik səviyyəsi aşağı səviyyədə qalıb, lakin inflyasiya hələ də yüksəkdir.
FED sədri Jerom Pavelin mərkəzi bank rəsmilərinin artıq ABŞ-da resessiya proqnozlaşdırmadığını və inflyasiyanın yüksək iş yerləri itkisi olmadan 2% hədəfinə qayıtmaq şansının yüksək olduğunu bildirməsi investorların inamını artırıb. Sədr həmçinin FED-in gələcək iqtisadi məlumatları izləyəcəyini deyərək növbəti faiz artımını istisna etməyib.
İnflyasiyanın yenidən 2%-ə endirilməsi prosesində çox uzun bir yol olduğuna diqqət çəkən Pavel, inflyasiyanın 2025-ci ilə qədər 2%-ə düşəcəyini düşünmədiyini ifadə edib.
Analitiklər, Pavelin məlumatlara sadiq qalmağı vurğulamasının investorları FED-in növbəti addımı ilə bağlı qərarsız buraxdığını qeyd edərək, FED-in iqtisadiyyatda artıq resessiya gözləmədiyini də xatırladıblar.
Federal Ehtiyatlar Sisteminin sentyabr ayında faiz dərəcələrini növbəti dəfə 25 baza bəndi artırma ehtimalı 22%-ə yüksələrkən, dekabr ayı üçün faiz endirimi ehtimalları da öz aktuallığını qoruyur.
Analitiklər bildiriblər ki, Pavelin resessiya gözlənilmədiyi və faiz endiriminin hələ də aktuallığını qoruması ilə bağlı açıqlamaları qlobal bazarlarda risk iştahını artırıb.
Ötən həftə Amerikada dərc olunan makroiqtisadi göstəricilərə gəldikdə, ABŞ-da açıqlanan aparıcı Satınalma Menecerləri İndeksinə (PMI) görə, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi iyul ayında 52.4 bəndə düşərkən, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi proqnozları üstələyərək 49 bəndə yüksəlsə də 50 bənd həddinin altında qalıb.
Ölkədə “Conference Board” İstehlakçı Güvən İndeksi iyul ayında aylıq müqayisədə 6.9 bənd artaraq 117 bəndə yüksəlib. Beləliklə, məlumatlar yumşaq eniş düşüncələrini dəstəkləyərək 2021-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
ABŞ-da açıqlanan “S&P Case-Shiller” Milli Ev Qiymətləri İndeksi may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5% azalarkən, ölkənin 20 şəhərində mənzil qiymətləri indeksi illik olaraq 1.7% geriləyib.
Ötən həftənin son ticarət günü 102 bənd həddinə kimi yüksələn dollar indeksi, burada müqavimətlə qarşılaşaraq, yenidən 101.70 bənd səviyyəsinə kimi gerilədi və həftəni bu səviyyədə başa vurdu.
Cari həftə ərzində isə Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də NFP göstəriciləri DXY-da tendensiyanın gedişində həlledici rol oynaya bilər.
EUR
Ötən həftə 1.0940 həddini test etdikdən sonra 1.10$ həddinin üzərinə yüksələrək həftəni 1.1020 səviyyəsində tamamlayan EURUSD məzənnəsində qiymətlər 1.10$ səviyyənin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.
Avropa Mərkəzi Bankının (AMB) sentyabr ayında keçiriləcək növbəti iclasında faiz dərəcələrinin yenidən artırılıb-artırılmayacağı ilə bağlı müzakirələr fonunda, Avrozonada iyul ayı inflyasiyası və ikinci rüb üçün ÜDM proqnozları bazar ertəsi açıqlanacaq.
ÜDM məlumatlarının ikinci rübdə blok iqtisadiyyatının böyüməyə qayıtdığını göstərəcəyi, inflyasiyanın isə yalnız bir qədər azalacağı proqnozlaşdırılır.
Avrozonada inflyasiya keçən ilin oktyabr ayında pik həddinə çatdıqdan sonra iki dəfə azalsa da, hələ də 5.5%-lik proqnoz ilə ECB-nin 2%-lik hədəfindən xeyli yuxarıdır.
Qeyd edək ki, ECB cümə axşamı günü faiz dərəcələrini tarixi zirvəyə qaldırdı, lakin mərkəzi bankının bəyanatından əlavə artımların olacağına dair məqam ixtisar edilib. Bu o deməkdir ki, qarşıdan gələn sentyabr iclasında növbəti faiz artımı istisna edilir.
ECB prezidenti Kristin Laqard, mərkəzi bank inflyasiyanı "qırmaqda" qərarlı olsa belə, bundan sonra nə baş verəcəyinin aydın olmadığını qeyd edib.
GBP
Dollar qarşısında ötən həftə 1.26700 hədlərindən dəstək görərək 1.2850 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarını diqqət mərkəzində saxlayacaqlar.
Cümə axşamı günü BoE faiz dərəcələri ilə bağlı yekun iclasını keçirəcək və bazarlar, rəsmilərin iyun ayında 50 baza bəndi artımından sonra, bankın bu iclasda növbəti 0.25%-lik faiz artımına gedib-getməyəcəyi ilə bağlı fikir ayrılığına düşüb.
Qeyd edək ki, fevral ayından bəri İngiltərədə inflyasiya sürətlənməyib və geniş yayılmış qiymət təzyiqlərinin azalmağa başladığının əlamətləri var.
Bununla belə, iyun ayında 7.9% olan inflyasiya qlobal iqtisadiyyatlar arasında ən yüksək səviyyədədir və BoE-nin 2% hədəfindən xeyli yuxarıdır. Buna görə də, bank rəsmiləri sentyabr ayında yenidən artıma ehtiyac ola biləcəyini düşünərlərsə, bazarlar 50 baza bəndlik artım ehtimalını nəzərdən qaçırmamalıdır.
2021-ci ilin dekabrından bu yana ardıcıl 13 faiz artımına baxmayaraq, inflyasiya gözləniləndən daha yüksək olmağa davam etdiyindən, resessiya ehtimalını artıran BoE inflyasiya əyrisinin gerisində qaldığı üçün investorların tənqidinə məruz qalıb.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 33 d. əvvəl
- 40 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
48 d. əvvəl
İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik
-
58 d. əvvəl
Azərbaycanda iqtisadi fəal əhalinin 5,3%-ni işsiz əhali təşkil edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda tikinti materiallarının, o cümlədən sement istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Acwa Power" şirkəti Türkiyədə günəş enerjisinə sərmayə yatıracaq
- 5 saat əvvəl
Son Xəbərlər

Qarabağda məskunlaşmış əhalinin sayı 48 min nəfəri keçib

Azərbaycanda iqtisadi fəal əhalinin 5,3%-ni işsiz əhali təşkil edib

Azərbaycanda süd istehsalı cüzi artıb

Tesla-nın Avropada satışları 5-ci aydır azalır

"Acwa Power" şirkəti Türkiyədə günəş enerjisinə sərmayə yatıracaq

Platinin qiyməti son 11 ilin ən yüksək səviyyəsində!
Ən çox oxunanlar

Dövlət agentliyi Çinin "Datang" şirkəti ilə anlaşdı

Dollar ucuzlaşır, qızıl bahalaşır

Əliyevlə Pezeşkian arasında telefon danışığı olub

“Shell” BP-nin satın alınması ilə bağlı danışıqları təkzib edib

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

İlk 5 ayda unikal müddətli əmanətçi sayı 14 542 əmanətçi artıb
