200 MP kameralı Honor 90 ilə “Əyləncə Ritmini Ötür!”
Bakıda 200 meqapiksellik möhtəşəm Honor 90 smartfonunun təqdimatı keçiriləcək. Ulduzlar canlı ifa edəcəklər. Tədbirin qonağı olmaq üçün qeydiyyatdan keçə bilərsiniz!(®) Müasir dünyada musiqi tədbirləri təkcə musiqi həvəskarları üçün görüş yeri deyil, həm də qabaqcıl texnologiyalarla tanış olmaq üçün əla platformaya çevrilib.
Bəlkə də buna görə HONOR brendi yeni smartfonunun təqdimat formatını musiqi tədbir kimi seçdi və musiqi, eləcə də texnologiya həvəskarlarını ona qoşulmağa dəvət etdi. Bu tədbirə qoşulmaq çox asandır. Belə ki, https://honor90event.az saytında qeydiyyatdan keçib pulsuz biletlər qazanmaq mümkündür.
Avqustun 10-u saat 19:00-da “Elektra Events Hall”da yeni 200 meqapiksellik möhtəşəm Honor 90 smartfonunun rəsmi təqdimatı keçiriləcək.
Bu smartfon təkcə müasir və cəlbedici dizayna deyil, həm də qabaqcıl texnologiyaya malikdir. Tədbirin qonaqları smartfonu dəyərləndirməklə yanaşı Mardan Kazimov, Narmeen, Nadir Rustamli, Paster, Rio, Saybu Swag, RZZA kimi ulduzların canlı ifasını dinləyə bilərlər. İfaçıların musiqi janrlarının müxtəlifliyi (elektron, hip-hop, pop, rok) hər bir qonağa öz zövqünə uyğun olan musiqini tapmağa imkan verəcək. İfaçılardan musiqi estafetini bu yayın isti hitləri ilə rəqs meydançasını qızdıracaq xüsusi dəvət olunmuş DJ qəbul edəcək. Rəqs meydançası musiqinin təəssüratını artıracaq və xüsusi bir atmosfer yaradacaq parlaq işıq və vizual effektlərlə təchiz olunacaq.
Tədbirdə öz izləyiciləri ilə ünsiyyətdə olacaq məşhur bloggerlər və influenserlər də iştirak edəcək. Qonaqlar sevdikləri insanlara sual vermək, kumirləri ilə selfi çəkdirmək və avtoqraf almaq imkanı əldə edəcəklər. Həmçinin meydançada interaktiv fotozonlar da təşkil olunacaq. Burada iştirakçılar gözəl hadisədən xatirə olaraq kreativ və parlaq şəkillər çəkə biləcək.
Bundan əlavə, tədbirin qonaqları müxtəlif musabiqələrdə iştirak edərək yeni HONOR 90 smartfonunu qazanma imkanı əldə edəcəklər və möhtəşəm foto imkanlarına malik 200 meqapiksellik kameranı canlı olaraq sınaqdan keçirə biləcəklər.
Bu möhtəşəm tədbirin qonağı olmaq üçün https://honor90event.az saytında qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçənlər arasından yalnız 500 şanslı iştirakçı təsadüfi seçim yolu ilə tədbirə bilet əldə edəcək. Qaliblərə e-poçt vasitəsilə məlumat göndəriləcək.
Yeni HONOR 90 smartfonunun təqdimatı musiqi və texnologiyanın bir arada necə unudulmaz təsüratlar yaratdığının və yayın əyləncə ritminin nümunəsi olacaq.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























