Şirkətlərin vəzifəli şəxsləri ətraf mühitin mühafizəsi qaydalarını pozublar - CİNAYƏT İŞİ
Tikinti işləri zamanı vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktına dair cinayət işi başlanılıb.
İmişli rayon Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, İmişli rayonunun Sarıxanlı bələdiyyəsinin sədri Bakir Məhərrəmovun vəzifə səlahiyyətlərini aşaraq qəbiristanlıq ərazisindəki torpaq sahəsində süxurların qazılaraq daşınmasına qanunsuz olaraq icazə verməsinə, podratçı və subpodratçı şirkətlərin vəzifəli şəxslərinin isə qeyd edilən ərazilərdə işlərin görülməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
33 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
























