İqtisadi artımın və sosial inkişafın mühərrikləri – KOB-lar
27 iyun dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda fəaliyyətdə olan KOB subyektlərinin 97,3%-i mikro, 1,9%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir.
Dünya üzrə şirkətlərin təqribən 90%-i mikro, kiçik və orta biznes (KOB) subyektləridir. KOB-lar dünyada məşğulluğun təmin edilməsində önəmli rol oynayır – təqribən 60-70%. Dünyada ümumi daxili məhsulun (ÜDM) 50%-i KOB-lar tərəfindən təmin olunur.
KOB-lar iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. KOB-ların dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür.
BMT Baş Assambleyasının qətnaməsinə əsasən 27 iyun tarixi 2017-ci ildən etibarən dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. Məqsəd KOB-ların davamlı inkişafa və iqtisadiyyata verdiyi töhfələr barədə ictimaiyyəti daha geniş məlumatlandırmaqdır.
Bütün dünyada olduğu kimi Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.
Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir. Fəaliyyətdə olan KOB subyektlərinin 97,3%-i mikro, 1,9%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2018-2021-ci illər üzrə KOB subyektlərinin sayı 45% artaraq 360 minə yaxın olub. Bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə yüksəlib.
2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, daxilolmalar 61% artıb, 4600-dən çox KOB subyektinin meyarı böyüyüb.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib.
Agentliyin məlumatında bildirilir ki, ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunublar.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir. İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 40 minə qədər KOB subyektinin faydalandığı 3000-dən çox təlim keçirilib, 5500-dək sahibkarın yararlandığı məsləhət xidməti göstərilib, 800-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb.
Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 21, Agentlyin təşəbbüsü ilə isə 26 daxili bazar araşdırması aparılıb.
KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün KOBİA tərəfindən 100-ə yaxın “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib.
KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 KOB subyektinə 750 min manatdan çox qrant vəsaiti verilib.
KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 50 sərgi və yarmarkada 1300-ə yaxın KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Agentlik tərəfindən təmin edilən KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində 25 sahibkarın məhsullarının müxtəlif ticarət şəbəkələrində satışı təmin olunub.
Sahibkarlara vahid məkanda dövlət-biznes və biznes-biznes xidmətlərinin göstərildiyi KOB evlərinin sayı üçə çatıb, bu mərkəzlərdə biznes subyektlərinə göstərilən xidmətlərin sayı isə 300 mini keçib. Ölkənin digər iri şəhər və rayonlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə KOB evlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda ölkənin 41 şəhər və rayonunda fəaliyyət göstərən Agentliyin KOB dostları tərəfindən yeni KOB subyektlərinin yaranmasına və mövcud bizneslərin inkişafına, onların investisiya təşəbbüslərinin dəstəklənməsinə, sahibkar maraqlarının müdafiəsinə dövlət dəstəyi tədbirləri çərçivəsində dəstək göstərilir. İndiyədək KOB dostu mexanizmi çərçivəsində müxtəlif mövzularda 17 minə yaxın sahibkarın iştirakı ilə 370-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbirləri təşkil edilib.
Bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1500-ə yaxın müraciət daxil olub ki, onlardan 70%-ə yaxını yerli biznes subyektlərinin müraciətləridir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 dekabr 2022-ci il tarixində təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda KOB subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqi forma və metodları müəyyən edilib. Bu Qanuna, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
28 d. əvvəl
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
- 36 d. əvvəl
-
44 d. əvvəl
Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır
- 47 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
1 saat əvvəl
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
Ən çox oxunanlar
İyulun 3-də gözlənilən hava şəraiti
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
“Azərenerji” ixracını təxminən 2 dəfə artırıb
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
"Sea Breeze"də "Caspian Motor Show 2026"keçirilib - FOTOLAR
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb



















