Dünya dördgöz bu qərarı gözləyir - BU GÜN AXŞAM AÇIQLANACAQ
Qlobal bazarlarda FED günü. Bu gün saat 22:00-da faiz qərarını açıqlayacaq FED-in 15 aydan sonra ilk dəfə faiz artırmayacağı və faiz dərəcələrini 5 - 5,25 faiz aralığında saxlayacağı gözlənilir. Ancaq FED-in qarşıdakı aylarda faizin artırlmasına davam edəcəyi mesajını verməsi də mümkün görünür. Keçmiş faiz artımlarının təsirini görmək üçün FED iyun ayında dayana bilər.Bu gün ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, qərar Bakı vaxtı ilə saat 22:00-da bəyan ediləcək. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaq.
Hazırda FED-in failəri 5,00%- 5,25% aralığındadır.
May ayında ABŞ-da inflyasiya yavaşlayıb. Bu vəziyyət, FED-in faiz artırmağı dayandırmasına şərait yaradır. ABŞ-da illik inflyasiya 4,9%-dən 4%-ə düşüb (ötən ilin may ayı ilə müqayisədə), bu, 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.
Bəzi iqtisadçıların gözləntisi FED-in İyunda da 0,25 faiz bəndi faiz artıraraq pauza verəcəyidir. Bəzi iqtisadçılar isə FED-in bu iclasa faizlərini sabit saxlayacağını gözləyir.
XXX
Qlobal bazarlarda bütün diqqətlər FED-in faiz qərarına yönəlib. Ümumi gözləntiyə görə, FED-in faiz dərəcələrində və pik faiz proqnozlarında hər hansı dəyişiklik edəcəyi gözlənilmir.
ABŞ-da inflyasiya yavaşladıqdan sonra FED-in iyun ayında faizlərini sabit saxlayacağı gözləntiləri bazarlarda risk iştahını artırıb. Bu il orta hesabla 23 səviyyəsində olan Wall Street-in "narahatlıq göstəricisi" CBOE Dəyişkənlik İndeksi (VIX) 15-dən aşağı düşüb. Bu, riskli aktivlərə olan marağı əks etdirir.
Belə bir vəziyyət xüsusilə birjalarda ralli yaradır. S&P 500 indeksi çərşənbə axşamı 0,7 faiz artaraq dördüncü ticarət gününü müsbət bağlayaraq 4,400 bəndinə yaxınlaşıb.
Yaponiyanın Topix indeksi 1,1 faiz artaraq son 30 ilin zirvəsinə yüksəlib.
FED-in iyun ayında dayanacağı və sonrakı dövrdə faiz artıracağı gözləntiləri ilə ABŞ istiqrazlarının faizləri yüksəlir. İki illik istiqrazların faizi 9 baza bəndi artaraq 4,67%-ə çatıb.
Dollar inkişaf etmiş ölkələrin valyutaları qarşısında məhdud hərəkət edir. Bloomberg Dollar İndeksi FED-dən əvvəl 1231 bənd səviyyəsində sabitdir.
ABŞ-da inflyasiya illik 9 faizdən 4 faizə düşsə də, inflyasiyanın hələ də FED-in hədəfindən iki dəfə yüksək olması faiz artımlarının iyul ayında da davam edəcəyi ilə bağlı gözləntiləri gücləndirir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























