Türk Lirəsi dollar qarşısında rekord minimuma düşdü
Rəcəb Tayyip Ərdoğanın bazar günü keçirilən prezident seçkisinin 2-ci turunda qələbə qazanmasına və səhmlərin bahalaşmasına baxmayaraq Türkiyə lirəsi (TL) bazar ertəsi günü dollar qarşısında rekord minimuma düşüb.
Tənqidçiləri Rəcəb Tayyib Ərdoğanı qeyri-ortodoks (qeyri-ənənəvi) iqtisadi siyasətlərdə günahlandırırlar. Müxalifətin bu siyasətdən dönməyə söz verməsinə və iqtisadi təlatümlərə baxmayaraq Ərdoğan qalib gəlib.
Marja az xəbər verir ki, Dollar/Türk Lirəsi məzənnəsi 20,7760 səviyyəsinə yüksəlib (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat). Bu gün Türk Lirəsi Dollar qarşısında 1% də dəyərdən düşüb.
Bazarlarda iyun ayında ABŞ Mərkəzi Bankının (FED) faizlərini daha 0,25 faiz bəndi artıracağına dair inam artır. Bu da dolları dəstəkləyir.
Lirə ilin əvvəlindən bəri 9%-dən çox dəyər itirib. Eyni zamanda, Lirə son on ildə 90%-dən çox ucuzlaşıb. Ölkədə inflyasiya tüğyan edir.
Danske Bank-ın baş analitiki Minna Kuusisto bildirib ki, "Ərdoğanın iqtisadi siyasətində dönüş olmadığı təqdirdə kəskin valyuta böhranı riski yaranır".
2021-ci ildə baş verən valyuta böhranından sonra Türkiyə rəsmiləri valyuta bazarlarında getdikcə daha praktik rol oynayırlar. İxrac ilə məşğul olan şirkətlər indi valyuta gəlirlərinin 40%-ni mərkəzi banka satmağa borcludurlar. Lirənin dəyərdən düşməsi ilə qorunan bank depozitləri sxemi əsas müdafiə vasitəsidir.
Türkiyənin valyuta və qızıl ehtiyatları demək olar ki tükənib.
Abalitiklər bildirirlər ki, hazırda Türk Lirəsinə satış təzyiqi, Türkiyəni tərk etməyə çalışan kapital ilə əlaqədardır.
Türkiyə səhmlərinə sahib olan xarici aktiv menecerlərinin payı son illərdə azalıb və bazarı əsasən yerli investorlar idarə edir.
Bununla belə, analitiklər daha geniş iqtisadi problemlər fonunda qazancları saxlamağın çətin olacağını söyləyirlər.
Ərdoğanın qələbə qazanması ölkədə mövcud siyasətlərin davam etdiriləcəyi deməkdir.
Lirənin ucuzlaşması və tükənən ehtiyatlardakı gərginlik istiqraz investorlarının narahatlığını artırır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























