Türkiyə şirkəti TAV Bakı aeroportunda öz həllərini tətbiq edəcək
Heydər Əliyev Beynəlxalq Aeroportu “TAV Technologies” şirkəti ilə əməkdaşlığa başlayıb.“TAV Technologies” şirkəti Azərbaycanda Heydər Əliyev Beynəlxalq Aeroportunda slotların paylanması və səyahət sənədlərinin avtorizasiyası üzrə öz həllərini tətbiq edəcək.
Bu barədə Marja-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu Türkiyənin “TAV Technologies” şirkəti ilə hava limanında slotların paylanması və idarə edilməsi proseslərinin daha da təkmilləşdirilməsi haqqında müqavilə imzalayıb. Bundan əlavə, “TAV Technologies” şirkətinin TDAS məhsulunun istifadəsi nəticəsində pasport nəzarəti və digər səyahət sənədlərinin yoxlanılması prosesləri tam avtomatlaşdırılacaq və rəqəmsallaşdırılacaq.
“Bu layihə bizim Azərbaycanda ilk iş təcrübəmizdir ki, bu da onu şirkətimiz üçün mühüm mərhələyə çevirir. Hesab edirəm ki, qabaqcıl sistemlərimizin tətbiqi Heydər Əliyev Beynəlxalq Aeroportunun rəqəmsallaşmasına, əməliyyat səmərəliliyinin və sərnişin məmnuniyyətinin artırılmasına töhfə verəcək.” - deyə “TAV Technologies” şirkətinin baş direktoru M. Kerem Öztürk tərəfdaşlıqdan böyük məmnunluğunu ifadə edib.
“Heydər Əliyev Beynəlxalq Aeroportu ilə “TAV Technologies” arasında əməkdaşlıq sərnişinlərə göstərilən xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların istifadəsində yeni perspektivlər açır. Bu əməkdaşlıq, həmçinin hava limanının təhlükəsizliyini yaxşılaşdıracaq və sərnişinlərə səmərəli xidmət göstərəcək yeni təhlükəsizlik sistemlərinin tətbiqini təşviq edəcək.” - deyə “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Rzayev vurğulayıb.
"Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün baza hava limanıdır. Bakı aeroportu dəfələrlə regionun ən yaxşı hava limanı kimi tanınıb. Bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu beynəlxalq “Skytrax World Airport Awards” agentliyinin qiymətləndirilməsinə görə Mərkəzi Asiya/MDB ölkələrində ən yaxşı hava limanı statusunu bir daha təsdiq edib. Aeroport, həmçinin ardıcıl olaraq ikinci dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olub.
Hava limanları üçün qabaqcıl texnoloji həllərin aparıcı təchizatçısı olan “TAV Technologies” tərəfindən hazırlanmış slot koordinasiya və idarəetmə sistemi (SCMS) və səyahət sənədlərinin avtorizasiyası sistemi (TDAS) artıq mükəmməl olan aviaşirkət və hava limanı xidmətlərinə töhfə verəcək. TDAS sistemi qərar qəbul etməyi asanlaşdıran və hava limanının gələcək sərnişin axınını proqnozlaşdırmasına kömək edən hərtərəfli statistika təqdim edir",- AZAL-ın məlumatında bildirilir.
“TAV Airports Holding”in törəmə şirkəti olan “TAV Technologies” Türkiyənin əsas hava limanı operatoru və dünyada texnologiya sahəsində aviasiya xidmətləri və həllərini inkişaf etdirən və tətbiq edən aparıcı brenddir.
Yenilikçi texnologiya tərəfdaşı və əsas sistem inteqratoru kimi “TAV Technologies” şirkəti Tədqiqat və İnkişaf Mərkəzində və İnnovasiya Mərkəzində işlənib hazırlanmış tam texnologiya idarəetməsi və inteqrasiya olunmuş “premium” sinif həllər təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 43 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
1 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Ən çox oxunanlar
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır





















