"Yeni Klinika”nın keçmiş direktoru azadlığa buraxılıb
Rüşvətə görə 8 il 6 ay cəza verilmiş "Yeni Klinika”nın keçmiş direktoru azadlığa buraxıldı"Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov həbsdən azad edilib.
Xəbərə görə, bu barədə Nizami Rayon Məhkəməsi qərar verib.
Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının 2\3 hissəsi başa çatıb.
Məhkəmə məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.
Qeyd edək ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22 də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
O, bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib.
Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
44 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
1 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























