Bakı-Vyana-Bakı marşrutu üzrə ilk uçuş oldu
Mayın 2-də Vyana Beynəlxalq Hava Limanında Bakı-Vyana-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirən təyyarənin təntənəli qarşılanma mərasimi olub.
Azərbaycanın Avstriyadakı səfirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi və Vyana Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə keçirilən mərasimdə AZAL-a məxsus təyyarə eniş zolağında ənənəvi su şırnağı ilə qarşılanıb, Bakıdan yüksəkvəzifəli rəsmi qonaqların iştirakı ilə təyyarə önündə rəmzi lent kəsilib, daha sonra mərasim media nümayəndələrinin də iştirak etdiyi rəsmi hissə ilə davam edib.
Rəsmi hissədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, “Azərbaycan Hava Yolları” QSC-nin icraçı direktorunun müavini Cəmil Manizadə və Vyana Beynəlxalq Hava Limanının baş icraçı direktoru Yulian Yaqer çıxış ediblər.
Çıxışlar zamanı bildirilib ki, son 30 il ərzində Azərbaycan ilə Avstriya arasında əlaqələr qarşılıqlı anlaşma və dostluq əsasında davamlı şəkildə inkişaf edir. Paytaxt şəhərlər arasında birbaşa aviareysin açılması Azərbaycan-Avstriya münasibətlərində mühüm mərhələ olmaqla yanaşı, ölkələr arasında turizm axınını gücləndirəcək, siyasi dialoqun inkişafı, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində strateji mövqeyə malik Azərbaycanın Avropanın mərkəzində yerləşən Avstriya ilə hava körpüsü rolunu oynayan bu bağlantı, eyni zamanda, nəqliyyat və bağlılıq sahəsində əməkdaşlığın dərinləşməsinə imkan yaradacaq. Həmçinin qeyd edilib ki, yay mövsümü başlamadan uçuşlara start verilməsi hər iki ölkənin turizm potensialından səmərəli şəkildə istifadəsinə meydan açacaq.
Qeyd edilməlidir ki, AZAL tərəfindən birbaşa müntəzəm reyslər hər həftənin çərşənbə axşamı və cümə günləri səhər saatlarında həyata keçiriləcək. Reyslər Bakı ilə Vyana arasında sürətli və rahat uçuşu təmin edəcək.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 23 saat sonra
- 6 saat əvvəl
-
9 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
13 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
13 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
























