"Nazlı Qasımova xəstənin pulunu alıb, müalicəsilə məşğul olmaqdan imtina edib" – AŞAĞI XİDMƏT
"Özünü həkim adlandıran Nazlı Qasımovanın yüksək xidməti barədə danışılanlar mifdir, həqiqət deyil. O, rayonlarda "pasiyent qəbulu" biznesini qurub".
Son vaxtlar televiziyada reklamı güclü gedən və özünü həkim adlandıran şəxslərdən biri də Nazlı Qasımovadır. Amma xidməti reklamı kimi güclü deyil. Xəstələrdən pulu alan Nazlı sonra özünü naza qoyur, onlara düz-əməlli cavab vermir. Assistenti (köməkçisi) də müştəriləri incitməklə məşğuldur.
Regionlarda xəstə çox, amma peşəkar həkim azdır. Bu vəziyyətdən qazanc götürmək istəyən klinikaların və özünü həkim adlandıran şəxslərin sayı artıb. Özünü mədə-bağırsaq, qaraciyər, öd kisəsi, mədəaltı vəz xəstəlikləri üzrə həkim kimi təqdim edən Nazlı Qasımova tez-tez televiziyada efirə çıxır. Onun reklamını izləyən xəstələr ümidlənirlər, qəbulunda olmaq istəyirlər.
RAYONLARDA "PASİYENT QƏBULU BİZNESİ"
Nazlı Qasımovanın biznes modelinə görə reklamdan sonra rayonlardakı klinikalarda qəbul günləri keçirilir. Hər bir xəstə 45 manat ödədikdən sonra qəbul edilir və qəbulun keçirildiyi klinikada analiz vermələri tələb olunur.
Bu yaxınlarda Nazlı Qasımova Göyçayda "BestLab Clinic" adlı tibb mərkəzində xəstələri qəbul edib. Nazlı Qasımovanın qəbulunda olan Məhruzə adlı xəstənin oğlu Marja-ya müraciətində yazıb:
"Mədə-bağırsağından şikayəti olan anam Nazlı Qasımovanın televizyadakı çıxışlarına çox inanırdı. İsrar etdi ki, onun qəbulunda olacaq. Etiraz etmədim. 22 Apreldə Göyçay şəhərində onun qəbulunda oldu. Nazlı Qasımova xəstəni bir neçə dəqiqəlik qəbul edib, bir neçə analiz verməsini istəyib və ona müalicə üçün dərmanları analizin nəticələrindən sonra yazacağını deyib. Xəstə də "BestLab Clinic"də 120 manatlıq analizlər verib".
NAZLININ ƏMƏKDAŞLIQ ETDİYİ "BestLab Clinic" XƏSTƏYƏ ƏZİYYƏT VERİR
Şikayətçi müraciətində qeyd edib ki, "BestLab Clinic" 4 gün sonra analizin nəticəsini xəstənin Votsapına (WhatsApp) göndərib.
"Analizin nəticələrinin "həkimə" deyil, xəstəyə göndəriləcəyini, sonra onları "həkimə" xəstə trəfindən göndərilməsinin lazım olduğunu eşitdikdə təəccübləndim. Bəlkə bu xəstənin Votsapı yoxdur? Nə üçün xəstə analizlərin nəticələrini "həkim"ə göndərməlidir?! Özünü həkim adlandıran şəxs 45 manat xidmət haqqını alıb, o xəstəni analizlər verməyə göndərib, zəhmət çəkib analizi də klinikadan əldə edib xəstənin müalicəsini etsin".
Müraciətçi bildirib ki, bununla da razılaşıb, "BestLab Clinic"dən 4 gün sonra aldığı analiz nəticələrini Nazlı Qasımovanın köməkçisinə göndərib.
XƏSTƏ AĞRIYIR, NAZLI QASIMOVA REKLAM ÇƏKİLİŞLƏRİNDƏDİR
"Özünü həkim kimi təqdim edən Nazlı Qasımova xəstəyə nömrəsini də təqdim etmir, onunla yalnız adının Şükufə olduğunu bildirən assistenti vasitəsilə əlaqə yaratmaq olar - əgər bu da mümkün olarsa. Qısası, analizin nəticələrini günorta vaxtı Nazlı Qasımovanın köməkçisinin Votsapına göndərdim. Sonra onunla əlaqə saxladım və Nazlı Qasımovanın bu analizlərə əsasən xəstəsinə cavab verməli olduğunu bildirdim. Köməkçisi "hazırda Nazlı Qasımova çəkilişdədir, siz mənə axşam saat 8-də zəng vurub xatırladın, mən həkimə bildirib sizə cavab verəcəm" dedi. Xəstə əziyyət çəkib qonşu rayondan Göyçaya gedib, ödənişlər edib, neçə gündür ağrıları var - indi də Nazlı Qasımovanın köməkçisinə bir də zəng vurub həkimin analizlərə baxmasını xahiş etməliyik".
XƏSTƏ ƏZİYYƏT ÇƏKİR. CAVAB "SİZİNLƏ SABAH İŞDƏN SONRA ƏLAQƏ SAXLAYACAM"
Xəstənin oğlu Nazlı Qasımovanın köməkçisinə xidmətdən məmnun qalmadığını bildirib:
"Axşam saat 23:11-də köməkçisi Qasımovanın "xəstənin hər şeyi normal çıxıb" dediyi səsini göndərdi və 3 tabletka və 1 sirop adı yazdı. Sual verdim ki, bu dərmanlar nəyin müalicəsi üçün qəbul edilməlidir? Özünü həkim adlandıran şəxs bir qədər ətraflı məlumat versin. Köməkçisi bu dəfə "Sabah işdən sonra sizinlə əlaqə saxlayacam, danışarsız" cavabını verdi. Belə cavab mənə pis təsir etdi, çünki bu xəstəyə də xidmət göstərmək onun işidir. Nə üçün işdən sonra cavab verilməlidir?! Axı, xəstə ağrılara görə əziyyət çəkir".
NAZLI QASIMOVAYA ETİRAZ YAZMAQ,"DASTAN" YAZMAQDIR. HEÇ KİMDƏN DƏ QORXMURLAR
Müraciətçinin sözlərinə görə, Qasımovanın köməkçisinə etirazını bildirib və xəstəyə aldığı pul qarşısında xidmət göstərməli olduqlarını yazıb:
"Qasımovanın köməkçisi yazdıqlarıma "bu boyda dastan yazmağa gərək yoxdur. Biz demişdik sizinlə əlaqə saxlayacağıq. Heç kimdən də qorxmuruq. İşimizi sevərək görürük. Harada nə istəyirsiniz yaza bilərsiniz" şəkilində cavab verdi. Bu şəxslərin danışıq qabiliyyətləri də yoxdur, tibbi xidmətlərinə də şübhə edirəm".
PULUNU ALDIĞI XƏSTƏNİ MÜALİCƏ ETMƏKDƏN İMTİNA EDİB
Bundan sonra köməkçisi Nazlı Qasımovanın növbəti səsini göndərib:
"Qasımova deyir ki, guya biz gecə gecə 11-12-də zəng edərək onun istirahət hüququnu pozmuşuq. İş saatından kənar zəng vurmuşuq. Belə başa düşdüm ki, Qasımovanın köməkçisi ona səhv məlumatlar verib. Votsap yazışması var, analizlər onun köməkçisinin Votsapına saat 15:32-də göndərilib, özü saat 20:00-da ona xatırladılmasını istəyib.
Eyni zamanda, Nazlı Qasımova səs yazısında qeyd edir ki, heç kimdən qorxmur. Həmçinin xəstəni müalicə etməyəcək: "Hara istəyirsiniz yazın. Bundan sonra sizinlə "muhatap" (həmsöhbət – red) olmaq istəmirəm, Gedib "BestLab Clinic"dən pulunuzu alarsınız. Hara istəyirsiniz, nə istəyirsiniz yaza bilərsiniz".
Mən köməkçisinə etiraz etdim. Nazlı Qasımovaya düzgün məlumatlar çatdırmadığını, bir həkimin xəstənin pulunu alıb sonra onu müalicə etməkdən imtina etməsinin doğru olmadığını bildirdiyim səs yazısı göndərdim. Qasımovanın assistenti cavab olaraq "Sizi axıra kimi dinləyə bilmədik (Səs yazısına qulaq asmaq istəməyiblər - red) Gedib "BestLab Clinic"dən pulunuzu ala bilərsiniz" yazdı".
XİDMƏTİ NAZLI QASIMOVAYA BƏNZƏYƏN "BestLab Clinic"
Bundan sonra "BestLab Clinic" ilə əlaqə saxlanılıb. Klinikanın məsul şəxsi və adının Ceyhun olduğunu bildirən şəxs xəstələrin müalicəsi üçün həkim tapmaqda çətinlik çəkdiklərini, dəfələrlə xahiş etdikdən sonra Nazlı Qasımovanı klinikalarına dəvət etdiklərini bildirib.
"Onu dəvət etmək üçün çox böyük çətinlik çəkmişik. Nazlı Qasımova ilk dəfə Göyçayda pasiyent qəbul edib",- BestLab Clinic"in əməkdaşı deyib.
Şikayətçi: "Ceyhun adlı şəxsin dedikləri inandırıcı deyil. Çünki özünü həkim adlandıran Nazlı Qasımova rayon-rayon gəzib xəstələrdən pul yığmaqla məşğuldur. O son günlər Göyçaydan başqa rayonlarda da qəbular təşkil edib. Həmçinin "BestLab Clinic" 2021-ci ildə də Nazlı Qasımovanın xəstələr ilə görüşünü təşkil edib. Bu barədə İnternetdə də məlumatlar var. Qısası, Ceyhun adlı şəxsə Qasımovanın dediklərin çatdırdım. O mənə cavab verə bilməyəcəyini, özündən böyüklər olduğunu, onlar ilə danışacağını və sonra mövqelərini bildirəcəyini dedi. Həmçinin, Ceyhun analizlərin nəticələrinin nə üçün həkimə deyil, xəstəyə göndərildiyini də araşdıracağını söz verdi. Lakin bugünədək Ceyhundan cavab yoxdur. Nazlı Qasımova və "BestLab Clinic" xəstənin pulunu alıb, qarşılığında xidmət göstərməyiblər. Ümid edirəm ki, dövlət qurumları Nazlı Qasımovanı və "BestLab Clinic"i nəzarətə götürəcəklər. Xəstələrə də diqqətli olmalarını tövsiyə edirəm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 d. əvvəl
-
1 saat əvvəl
AYNA: "Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
"Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək"
-
1 saat əvvəl
Bakıda yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
-
1 saat əvvəl
Mərkəzi Bank tərəfindən “İnteraktiv statistik məlumat bazası” istifadəyə verilib
-
2 saat əvvəl
Həftəsonu bank kartlarından oğurlanmış pulun məbləği açıqlanıb
-
2 saat əvvəl
Bank Respublika növbəti dəfə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü
-
2 saat əvvəl
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
2 saat əvvəl
"Unibank"ın idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 3 saat əvvəl
-
1 gün əvvəl
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

AYNA: "Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Həftəsonu bank kartlarından oğurlanmış pulun məbləği açıqlanıb

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

"Unibank"ın idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

"Almet Trading" MMC-nin "AlmetTradingBaku" ASC və "Metalist" MMC ilə heç bir əlaqəsi yoxdur"

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Kirayə mexanizmi ilə daha 157 təmirli mənzili vətəndaşlara təqdim olunur - AYLIQ 954 MANATDAN BAŞLAYIR
