Göyçay sakini yeni ev quşu cinsi əldə edib
Daha az yem yeyir, amma tez yetişir.
Göyçay rayonunda 32 ildir ki, quşçuluqla məşğul olan sahibkar Qiyas Hacıyev bu sahədə yeniliyə imza atıb.
Sahibkarlıqla yanaşı, 2012-ci ildən bəri elmi fəaliyyətlə məşğul olan Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Qiyas Hacıyev şəxsi quşçuluq təsərrüfatında damazlıq bölməsi yaradaraq, toyuq və xoruzların seleksiyası ilə məşğul olmağa başlayıb. Hazırda ölkəmizdə bəslənilən bütün cinslərdən olan ətlik və yumurtalıq ev quşlarının hamısının patentinin xarici ölkələrə məxsus olduğunu deyən Qiyas Hacıyev seleksiya yolu ilə ilk dəfə Azərbaycana məxsus “Lider-55” adlı yeni ev quşu cinsi əldə etdiyini bildirib.
Yeni cinsdən olan quşlar daha az yem sərf edilməklə digərlərindən tez yetişir. “Gümüşü ağ” və “Qırmızı yubiley” cinslərindən olan cücələrin çəkisi 3 kiloqram yemlə 75 günə 1 kiloqram olursa, “Lider-55” cinsli cücələr 52 günə 1,5 kiloqram çəkiyə çatır. “Lider-55” cinsindən olan quşların dadı kənd toyuğunun dadı ilə eynidir, genetik sağlamdır, soyuğa, istiyə və xəstəliklərə qarşı dözümlüdür, yerli şəraitə uyğundur, bəslənilməsi sərfəlidir. Broyler quşlarında xromosomların sayı 72-dirsə, kənd toyuqlarında və “Lider-55” cinsindən olan quşlarda 78-dir.
Sahibkar Qiyas Hacıyevin sözlərinə görə, ardıcıl olaraq sereblis quşlarını ildə 3 dəfə, “Lider-55” cinsindən olan quşları isə ildə 5 dəfə yetişdirmək mümkündür.
Kənd əhalisi üçün bəslənilməsi sərfəli və qazanclı olduğuna görə hazırda Azərbaycanın bütün bölgələrindən Qiyas Hacıyevə “Lider-55” cinsli quşlardan almaq üçün müraciətlər gəlir. Sahibkar seleksiya yolu ilə əldə etdiyi Azərbaycana məxsus “Lider-55” quş cinsini xarici bazara çıxarmaq üçün onun, ilk növbədə, dövlət qeydiyyatına alınması məqsədilə lazımi sənədləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etdiyini bildirib.
O, yerli şəraitə uyğun və daha məhsuldar yeni quş cinsinin əldə edilməsində ona Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivinin böyük dəstəyi olduğunu qeyd edib. Qiyas Hacıyev şəxsi damazlıq quşçuluq məntəqəsində növbəti 2 il ərzində Azərbaycana məxsus daha iki yeni quş cinsinin seleksiya yolu ilə əldə edilməsi üçün hazırda elmi araşdırma apardığını və nəticə əldə edildikdə onların da patentini alacağını vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
41 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
1 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























