Ötən il Mərkəzi Banka 68 mindən çox müraciət daxil olub
Azərbaycan Respublikasının Mərkəzi Bankı 2022-ci il ərzində əsas məqsəd və funksiyaların həyata keçirilməsi barədə Hesabatını dərc edib.
Marja xəbər verir ki, Hesabatda maliyyә bazarlarında istehlakçıların vә investorların hüquqlarının qorunması vә maliyyә maariflәndirmә işlәrinin aparılması barədə məlumatlar verilib.
Qeyd edilib ki, 2022-ci ildә Mәrkәzi Banka daxil olmuş müraciәtlәr әsasında istehlakçıların vә investorların hüquqlarının pozulmasının qarşısının alınması vә pozulmuş hüquqların bәrpasının tәmin edilmәsi istiqamәtindә zәruri tәdbirlәr görülmüşdür.
Hesabat dövründə istehlakçı və investorlardan yazılı, qaynar xətt və Votsap vasitəsilə ümumilikdə 68534 müraciət daxil olmuşdur. 11812 yazılı müraciətin 68%-i bank sektorunu əhatə etmişdir.
Müraciətlərin araşdırılmasının nəticəsi olaraq, bir çox məsələ öz həllini tapmışdır. O cümlədən fiziki şəxslərin problemli kreditlərinin həlli üzrə 2019-cu il 28 fevral tarixli Fərmana uyğun hesablanmış kompensasiya məbləğlərinin 43275 manat hissəsinin 44 vətəndaşa geri qaytarılması təmin edilmişdir. Bununla yanaşı, zərərçəkmiş şəxslərə ümumilikdə 839 min manatdan çox sığorta ödənişi həyata keçirilmişdir.
Dövr ərzində “966” qaynar xəttinə daxil olmuş 55037 zəng operativ şəkildə cavablandırılmış, 1242 vətəndaşla görüşlər keçirilmiş, Votsap xidmətinə daxil olan 1685 müraciətə baxılmışdır. Müraciət edənlərin hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlərin görülməsi ilə yanaşı, hüquqi maarifləndirmə işləri də aparılmışdır.
Xatırladaq ki, 2021-ci ildə Mәrkәzi Banka istehlakçılar və investorlardan ümumilikdə 13716 müraciət daxil olmuş, onların 75%-i bank sektoruna, 20%-i sığorta sektoruna, 5%-i kapital bazarları sektoruna və digər istiqamətlərə aid olmuşdur. Dövr ərzində Mərkəzi Bankın şəhər telefon nömrələrinə, eyni zamanda “966” qaynar xəttinə daxil olmuş 49352 zəng operativ cavablandırılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























