Azərbaycanın peyki ilə əlaqə itdi - Meteoritlə toqquşduğu ehtimal olunur
Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36.500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir. Azersky peyki 45 milyon manat məbləğində sığortalanmışdır və artıq sığorta məbləğinin alınması işlərinə başlanmışdır.
"Azersky – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırmışdır. Belə ki, Azersky peyki ilə məlumat mübadiləsi dayanmışdır. Azərkosmos və peykin istehsalçısı tərəfindən Azersky peyki ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, peyk ilə əlaqə yaratmaq mümkün olmamışdır".
Bu barədə Marja-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərkosmos-un 2014-cü ildə “Airbus Defence and Space” şirkəti ilə imzaladığı əməkdaşlıq sazişinə əsasən, Azersky peyki “Airbus Defence and Space" şirkətinin “SPOT 6” peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. Əlverişli şərtlərlə imzalanmış sazişə görə, Azersky peyki olmasa belə, Azərkosmos “SPOT 6” peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcəkdir. Hazırda “SPOT 6” peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrası davam etdirilir. Həmçinin, Azərkosmos ötən illərdə xarici peyk operatorları ilə qurduğu əlverişli əməkdaşlıq çərçivəsində yerli qurumların daha yüksək ayırdetməli peyk təsvirlərinə olan ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək gücündədir.
"Azersky peyki yer müşahidəsi və ümumilikdə geoinformasiya xidmətləri sahəsində ölkədaxili tələbatın ödənilməsi, milli təhlükəsizliyin təmin edilməsinə dəstəyin verilməsi, ölkəmizdə kosmik sahədə elmi-tədqiqat və kadr bazasının yaradılması və beynəlxalq imicin yüksəldilməsinə xidmət etməklə yanaşı, həm də kommersiya layihəsi kimi özünü doğrultmuşdur. Azersky peykinin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyədək 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilmişdir. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olmuşdur",- məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, Azersky peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36.500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir.
Yaxın tarixə baxsaq, bu ilin əvvəli Səudiyyə Ərəbistanının Arabsat şirkətinin BADR-6 və ABŞ-ın Orbcomm şirkətinin FM36 peykləri, 2021-ci ildə Çinin Yunhai 1-02 peyki, 2019-cu ildə 50-dən çox peyki idarə edən İntelsat şirkətinin İntelsat-29e peyki, o cümlədən Rusiya və Türkiyənin peykləri də missiyalarını nəzərdə tutulan istismar müddətlərindən daha tez baş vurmuşlar. Ona görə də, kosmik fəaliyyət sahəsində risklərin idarəolunması üçün kosmik əmlakın sığortası böyük əhəmiyyət kəsb edir. Azersky peyki 45 milyon manat məbləğində sığortalanmışdır və artıq sığorta məbləğinin alınması işlərinə başlanmışdır.
Nazirlikdən bildirilirb ki, orbitdə olduğu müddətdə Azersky peykindən yarım petabayt həcmində, 80 000-dən çox peyk təsviri yüklənmişdir. Azərkosmosda peyk təsvirlərinin geniş arxivi formalaşmışdır ki, peykin arxiv təsvirlərinin Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlar baxımından əvəzsiz rolu vardır. Azersky layihəsi çərçivəsində ölkəmizdə quraşdırılmış yerüstü infrastruktur və anten sistemləri həm növbəti peyk layihələrində istifadə baxımından, həm də müxtəlif xarici peyk operatorlarının anten ehtiyaclarını kommersiya şərtləri ilə ödəmək baxımından faydalı olacaqdır.
İlk Azersky peyki layihəsi çərçivəsində Yerin məsafədən müşahidə peyklərinin idarəolunması üzrə Azərbaycanda peşəkar mütəxəssislər yetişmiş və qazanılmış bilik və təcrübə yeni müşahidə peyklərinin hazırlanması və orbitə buraxılmasına yol açmışdır. Azərkosmos artıq ötən ildən müasir texnoloji inkişafın çağırışlarına cavab verən və yerli qurumların istəklərinə uyğun olaraq yeni, daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə başlamışdır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
2 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
1 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
-
1 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
2 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 2 gün əvvəl
-
2 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
