"Tədbir görülməzsə, təkcə adı qalacaq”
Bir zamanlar öz keyfiyyətinə görə nəinki Azərbaycanda və keçmiş SSRİ-də, hətta dünyada şöhrət qazanan Zaqatala çayı barədə ayrıca danışmaq lazımdır. Uzun illər Zaqatala Çay Emalı Fabrikinin direktoru işləmiş, hazırda “Zaqatala Çay” MMC-nin sədri olan Abdulməcid Şabanov deyir ki, təxminən 30 il əvvələ qədər Zaqatalada 100 hektardan çox çay plantasiyası var idi:
“Qonşu Balakən və Qax rayonları ərazisində də çay plantasiyaları salınmışdı. Qaxda sahələr məhsuldar olmasa da, Balakəndə hər il 40 ton çay toplanırdı. 4 kiloqram yaşıl kütlədən 1 kiloqram quru çay alınmasını nəzərə alsaq, bu, təxminən 10 ton çay demək idi. Zaqatala Çay Emalı Fabrikində istehsal olunan quru çayın həcmi isə ümumilikdə 65-70 ton olurdu. Ancaq zaman keçdikcə plantasiyaların həcmi azalaraq 30 hektara düşdü. İndi rayonun yalnız “Qazangöl” adlanan ərazisində plantasiya qalıb. Tədbir görülməzsə, dadına, tərkibinin zənginliyinə görə məşhur olan Zaqatala çayının təkcə adı qalacaq”.
A.Şabanov Zaqatalada çayçılığın bu vəziyyətə düşməsinin bir səbəbini digər məqsədlər üçün istifadə edilməsi, digər səbəbini isə qalmış plantasiyaların “qocalması” ilə əlaqələndirdi. Bildirdi ki, 60 il əvvəl əkilmiş çay kollarından yüksək məhsuldarlıq gözləməyin yeri yoxdur. “Başqa bir səbəb suvarma ilə bağlıdır. Sahələrdə suvarma sisteminin olmaması səbəbindən məhsuldarlıq təbiətin ümidinə qalıb. Son illər müşahidə olunan anomal istilər bu bitkiyə də təsirsiz ötüşmür. Əvvəlki, xüsusən 2013-2016-cı illərdə yağışlı günlərin azlığı sözünü deyib. Çay kollarının xeyli hissəsi quruduğundan sıradan çıxıb” - deyən A.Şabanov onu da qeyd etdi ki, mövcud plantasiyaların ömrünü bir qədər uzatmaq, məhsuldarlığını artırmaq üçün aqrotexniki tədbirlər görülür:
“Sahələrdə cərgələrarası kultivasiya və budama aparılıb. Bu, eləcə də yağmurlu günlərin çoxluğu əvvəlki illə müqayisədə məhsuldarlığa müsbət təsir göstərib. Bu il 5 tona yaxın quru çayın istehsalı proqnozlaşdırılır”.
Yeri gəlmişkən qeyd edək ki, hazırda Zaqatalada çayın qəbulu və emalı ilə yalnız “Zaqatala Çay” MMC məşğul olur, halbuki əvvəllər bu işi iki müəssisə görürdü. Bununla belə, A.Şabanovun dediyinə görə, bütün çətinliklərə baxmayaraq, Zaqatalada çayçılığı dirçəltmək mümkündür:
“Sadəcə olaraq maliyyə təminatına ehtiyac var. Uzunmüddətli güzəştli kredit ayrılarsa və dövlət dəstəyi olarsa, yenidən Zaqatala çayının şöhrətini qaytarmaq mümkündür. Mütəxəssislərin hesablamalarına görə, 1 hektar çay plantasiyasının salınması və becərilməsinə 30 min manat tələb olunur. 5-8 ilə isə məhsuldarlığa nail olmaq mümkündür. Göründüyü kimi, bizə elə də çox vəsait lazım deyil”.
Çayçılığın inkişafı eyni zamanda iş yeri deməkdir. 1 kiloqram yaşıl çay kütləsinin toplanmasına 1 manat ödənilir. Müsahibimiz dedi ki, ailə üzvləri ilə birlikdə dərim dövrü bir günə 100 kiloqram çay təhvil verənlər var. Bu, ailənin bir gündə 100 manat qazanması deməkdir. Düşünürük ki, zamanında bir sıra beynəlxalq sərgilərdə keyfiyyət göstəricilərinə görə xüsusi diplom və mükafatlara layiq görülmüş Zaqatala çayını yaşatmağa dəyər.
© “Azərbaycan”
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
-
11 d. əvvəl
Bank yeni Baş Ofisini təqdim edib - 1100-dən çox əməkdaş üçün nəzərdə tutulub
-
34 d. əvvəl
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
- 40 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
Rəsmi məzənnələr açıqlandı
“Crunch” Ağ Şəhərdə filialını açır
Ən çox oxunanlar
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"




























