Daha bir marşrut “Bakubus”a verildi
Sahil qəsəbəsinə “Bakubus” avtobusları xidmət göstərəcək. 149 nömrəli marşrut “Bakubus”a verildi. Xətt "Sahil" metrosundan Sahil qəsəbəsinə müəyyən edilib."“BMH” MMC-nin müvəqqəti istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttinin (Sahil qəsəbəsi -20-ci sahə) fəaliyyəti nəzarətə götürülüb. Keçirilən monitorinqlər nəticəsində “BMH” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır. Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb".
Bunu Bakı Nəqliyyat Agentliyi bildirib.
Qeyd edilib ki, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi 149 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.
20.04.2023-cü il tarixindən bu xətt üzrə daşımalar "BakuBus" MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək. Həmçinin 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edilib. Sərnişin tələbatına uyğun olaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi Zərifə Əliyeva küçəsi (“Sahil” metro stansiyası) təyin edilib.
Aparılan təhlillər əsasında 127 nömrəli marşrutun hərəkət sxemi 149 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin əksər hissəsini təkrarlayacağı üçün fəaliyyəti ləğv edilib. Bu dəyişiklik sayəsində ümumilikdə 50.000 nəfər yaxın sakini olan Sahil qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 21 saat sonra
-
22 d. əvvəl
Qızıl üçün həlledici gün – ABŞ-da açıqlanacaq məlumat qiyməti silkələyə bilər
-
25 d. əvvəl
Qızıl bu həftə 3%-dən çox ucuzlaşıb - ikinci həftədir investorları məyus edir
- 50 d. əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
15 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
15 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Ən çox oxunanlar
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
























