"Türkiyədə seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, ilk mərhələdə dollar bahalaşacaq, lirə ucuzlaşacaq"
Xarici qurumların Türkiyədə seçkidən sonrakı dövr üçün məzənnə təhlilləri davam edir. Marja.az xəbər verir ki, qlobal bank Morgan Stanley də dollar/TL üzrə seçkidən sonrakı dövr üçün proqnozlarını açıqlayıb. Bank seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, ilk mərhələdə dollar/TL-nin yüksələcəyini proqnozlaşdırıb.Qlobal investisiya bankı Morgan Stanley Türkiyədə mayın 14-də keçiriləcək Prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq, ilk mərhələdə məzənnənin yüksələcəyini proqnozlaşdırıb (Dollar bahalaşacaq, Türk Lirəsi ucuzlaşacaq).
Marja.az xəbər verir ki, Bankın iqtisadçıları və strateqləri tərəfindən hazırlanmış hesabatda bildirilir ki, mövcud hökumət və mərkəzi bank seçkiyə qədər Türk lirəsinin nisbətən sabit qalmasına çalışacaq.
"Yerli əhalinin valyuta alışı ilə bağlı tələblərin daha da sərtləşdiriləcəyini və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) tərəfindən lirələşmə istiqamətində daha sərt addımlar atılacağını gözləyirik", - hesabatda deyilir.
"Cumhur İttifakı"nın seçkidə qalib gəldiyi ssenari
Hesabatda, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürən "Cumhur İttifakı" seçkidə qalib gəldiyi ssenaridə, aşağı faiz siyasətinin davam edəcəyi, maliyyə şərtlərinin və bazar faizlərinin alternativ alətlər və bank sektoru tənzimləmələri ilə müəyyənləşdirilməsinə davam ediləcəyi nəzərdə tutulur.
"Rusiya və Körfəz Ərəb Əməkdaşlıq Şurası kimi regional tərəfdaşlardan şərti pul axını, tənzimləyici addımlar, ehtiyatların idarə edilməsilə ilk mərhələdə məzənnənin yüksəlməsi məhdud olacaq. Lakin 2023-cü ilin son rübündə artacaq balanssızlıqlar ilə əlaqıdar olaraq məzənnə kəskin yüksələcək (Dollar kəskin bahalaşacaq). Bu, Mərkəzi Bankın faizlərini qismən artırmasına səbəb ola bilər. Lakin inflyasiyanın yüksəlməsi və bununla əlaqədar olaraq yeni makro siyasət çərçivəsi tətbiq olunana qədər 2024-cü ildə tənəzzül baş verəcək",- hesabta bildirilir.
"Millet İttifakı"nın seçkidə qalib gəldiyi ssenari
Hesabatda deyilir ki, seçkidə Kemal Kılıçdaroğlunun namizədliyini irəli sürmüş "Millet İttifakı" qalib gələrsə, ilk mərhələdə Mərkəzi Bank faizini 30-35%-ə, ilin sonunda isə 40-45%-ə yüksəldə bilər.
Hesabatda qeyd edilib ki, real məzənnənin ilkin səviyyəsi və tədiyyə balansından qaynaqlanan təzyiqlər, müxalifətin qələbəsi ssenarisində də dollar/TL-də ilkin mərhələdə yüksəlişin ola biləcəyindən xəbər verir.
2024-cü ildən etibarən inflyasiyanın sürətlə düşməsi prosesinin başlayacağı proqnozlaşdırılır. Həmçinin üç rüblük iqtisadi azalmadan sonra 2024-cü ilin ikinci yarısından sonra sürətli bir bərpa proqnozlaşdırılır.
Hazırda Dollar/TL məzənnəsi 19,24 səviyyələrindədir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib























