“Topaz” məntəqələrində qumar oyunları təşkil edilib, 3 milyon manat qazanıblar - HƏBS EDİLDİLƏR
Qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək qumar oyunları təşkil edən təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqı zamanı Sərxan Süleymanovun tanışları Təhmin Müslümzadə, Nicat Zülfüqarov, Nüslət Xəlilov və digər şəxslərlə əlbir olaraq cinayətkar niyyətlərini pərdələmək məqsədi ilə “Topaz” markası adı altında ticarət nümayəndəliyi (agent) barədə müqavilə bağlamaları, bu yolla 2017-2022-ci illər ərzində Bakı şəhəri və Abşeron rayonunda yerləşən bir sıra “Topaz” məntəqələrində ayrıca qumar oyunlarının təşkili nəticəsində 2 milyon 927 min manatdan artıq gəlir əldə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxslərə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) və 244-1.4-cü (xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarını təşkil etmə və keçirmə) maddələri ilə ittiham elan edilərək barələrində həbs qətimkan qətimkan tədbiri seçilib
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
8 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























