“Enerji içkiləri ani ölümə səbəb olur” - Xəbərdarlıq
"Hər gün ən azı 3 energetik içki içirəm. Kefim olmayanda, halsız olanda, bu içkilərdən içirəm, özümə gəlirəm. Çox yaxşı təsiri var”.
Bu sözləri 16 yaşlı Rəhim Məmmədov deyir.
Rəhim kimi bir çox yeniyetmə son illər energetik içkilərin alüdəçisinə çevrilib. Xüsusilə isti yay günlərində bu içkilərə tələbat daha çox artır. Yorğun iş və ya dərs günündən sonra itirilən enerjini qaytarmağı vəd edən içkilərə yeniyetmələr kimi, əksər gənclər də inanır. Bəs deyildiyi kimi, həqiqətən energetik içkilər təhlükəlidirmi? Xüsusilə uşaq orqanizmində hansı fəsadları ola bilər?
"Vəziyyət faciəvi deyil”
Marketoloq Rafiq Hunaltay bildirib ki, əgər əvvəllər energetik içkilərdən istifadəçi yaşı 18+ idisə, indi 10 yaşa qədər düşüb: "Enerji içkiləri bazarı Azərbaycanda son illər mütəmadi olaraq artan bazardır. Yəni istifadəçiləri çoxalır. Əgər əvvəllər istifadəçi yaşı 18+ idisə, indi 10 yaşa qədər düşüb. 10 yaşında gəncin bu içkidən istifadəsi təbii ki, sevindirici hal deyil. Zərərinə gəldikdə, istənilən enerji içkisində qablaşdırma üzərində onun istifadə təlimatları olur. Çoxunda da "gündə 1 ədəd istehlak edilə bilər” tipli yazı olur. Amma vəziyyət mediada formalaşdırılan qədər faciəvi deyil. Normal olaraq qəbul edilərsə, heç bir problem törətmir”.
Enerji içkiləri ilə bağlı maarifləndirməyə gəldikdə isə, marketoloq hesab edir ki, maarifləndirmə işi istehsalçının yox, xüsusən söhbət uşaqlardan gedirsə, valideynlərin üzərinə düşür: "Normadan artıq qəbul etmə və onun zərərləri barədə valideynlər məlumatlı olmalıdır. Mənə görə, istehsalçı lazımi bütün bilgiləri, müsbət və mənfi tərəflərini qeyd etməli, onu geniş kütləyə çatdırmalıdır. Amma ən əsas məsuliyyət onu gənc yaşda istehlak edənlərdə olmalıdır. Dövlət də burada administrativ metodlardan istifadə edə bilər. Bəzi yerlərdə satışı qadağan edilə və ya məhdudlaşdırıla bilər”.
"İnsanımız bizim üçün çox dəyərlidir”
"Hell” enerji içkiləri Azərbaycan nümayəndəliyinin marketinq rəhbəri Müşviq İsgəndərov bizimlə söhbətində bildirdi ki, təmsil etdikləri şirkət bütün sosial media hesablarında (şərhlər, mesaj qutusu, postlar), canlı sempling zamanı və mağazalarda həmişə xəbərdarlıq edib: "Əslində dünyanın heç bir yerində bu içkilərin yeniyetmələrə ziyanları ilə bağlı rəsmi qadağa yoxdur. Amma biz uşaqların daha çox sudan və təbii maddələrdən istifadəsini nəzərə alıb, bunu məsləhət görmürük. Bütün satış təmsilçilərimizə (istənilən birini yolda saxlayaraq soruşa bilərsiniz ki, biz bu tələbi qoymuşuq, yoxsa yox) bildirmişik, yenə də burada qeyd edirəm ki, bizim üçün insanımız çox dəyərlidir”.
"Ani ölümlər...”
İçkinin zərərlərinə gəldikdə isə, kardioloji uzmanı Yalçın Velibey bildirib ki, son zamanlar daha çox uşaqlarda və gənclərdə bu içkilərə bağlı olaraq ciddi aritmiyalar və ani ölümlər ortaya çıxır: "Kardioloq olaraq işlədiyim kardioloji mərkəzdə enerji içkisi qəbul etdikdən sonra ciddi aritmiyaların ortaya çıxdığı və ya anidən ölən onlarca xəstə gördüm. İnsanlar bu içkiləri enerji verdiyi, oyaq tutduğu, konsentrasiyanı və atletik performansı artırdığını düşündükləri üçün içirlər. Ancaq çox təəssüf ki, bu içkiləri içən insanlar bilmədikləri təhlükələrdən xəbərsizdirlər. Bu içkiləri daha çox gənclər içsələr də, hər yaş qrupundan olan insanların bu içkilərə aludə olduğunu söyləmək mümkündür. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, çox sıx enerji içkisi içmək insanlarda daha sonra həm spirtli içkilərə, həm də marixuana və siqaretə meyilliliyi artırır. Daha bir təhlükə: son zamanlar enerji içkilərinin həm idmanla məşğul olan zaman, həm də spirtli içkilərlə birlikdə qəbul edilməsi halları da get-gedə artır. Enerji içkiləri qan təzyiqini və nəbzi yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin qidalanmasının azalmasına, infarkta, qan laxtalanma qabiliyyətinin artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. İdmanla məşğul olmazdan öncə və ya idmandan sonra enerji içkisi içən insanlarda ciddi aritmiyalar və ani ölüm halları get-gedə artmağa başlayıb. Ona görə də enerji içkiləri idman zamanı qətiyyən qəbul edilməməlidir. Hamilə qadınlar, uşaqlar, şəkərli diabet və ürək-damar xəstələri bu içkiləri qətiyyən içməməlidirlər”.
Enerji içkilərinin tərkibinə gəldikdə isə, bu içkilərin tərkibində kofein, taurin, qlükoronat, quarana (tropik bitki növü), jenşen, inositol və sairə maddələr mövcuddur: "Enerji içkilərində yüksək miqdarda şəkər də mövcuddur ki, bu da kökəlmə və şəkərli diabet kimi xəstəliklərin ortaya çıxma riskini artdırır. Enerji içkiləri içiləndə insan sağlamlığı üçün ən təhlükəli maddə yüksək miqdarda kofeindir. Enerji içkilərindən çox istifadə etmək kofein zəhərlənmələrinə səbəb ola bilir. Kofein zəhərlənməsi zamanı əsəbilik, yuxusuzluq, ciddi nevroloji problemlər, ürək döyünmə, mədə bulanması, qusma, ciddi aritmiyalar və ölüm ortaya çıxır”.
"Valideynlər uşaqlara nəzarəti gücləndirməlidir”
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu içkilərin qadağan olunmasının tərəfdarıdır: "Təəssüflər olsun ki, energetik içkilər çox geniş şəbəkədə yayılıb. Energetik içkilərin tərkibində tonuslandırıcı maddələr var ki, bunlar, xüsusilə də kofein insan həyatı üçün təhlükəlidir. Bu maddələrin qəbulu böyüməkdə olan orqanizm üçün risklidir. Belə ki, ürəyi həddən artıq gücə salır və ürək döyünmələrini artırır. Ürəyin ritmi artığı üçün ürək əzələsi yorulur. Bu gün ürəkdə olan müxtəlif qüsurların və bəzi ürək pozuntularının səbəblərindən biri də bu cür içkilərin həddən ziyadə istifadə olunmasıdır. 18 yaşdan aşağı olan uşaqlara energetik içkilərdən istifadə qadağan olunmalıdır. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Çünki hansısa qərar qəbul olunsa belə, içki evə daxil olursa, bundan istifadə edənlər olacaq. Necə ki spirtli içkilərlə bağlı hansısa ailədaxili qadağalar, müəyyən nəzarət sistemi var, bu şəkildə də energetik içkilərə olmalıdır. Valideynlər uşaqları bu içkilərdən çəkindirməlidirlər. Məktəblərdə bunun satışı qadağan olunmalıdır. Uşaqlar bunu başa düşmür və təhülkəni hiss etmirlər”.
Qeyd edək ki, energetik içkilər ilk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlayıb.
Kaspi.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
7 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
8 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
8 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)












