Bakı aeroportu yeni avtomatlaşdırılmış baqaj idarəetmə sistemilə təchiz ediləcək, “Agusta” helikopterləri alınacaq
Azərbaycan mülki aviasiya sahəsində “Leonardo” konserni ilə əməkdaşlığı genişləndirirAZAL-ın prezidenti Cahangir Əsgərov İtaliyanın “Leonardo” konserninin Baş Kommersiya İdarəsinin beynəlxalq marketinq və strateji kampaniyalar üzrə baş vitse-prezidenti Marko Burattinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu bardə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Xatırladılıb ki, “Leonardo” konserni 2006-cı ildən AZAL ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində bir çox layihələr, o cümlədən təyyarələrin, helikopterlərin və s. tədarükü həyata keçirilib. Son illərin layihələri arasında Azərbaycanın azad edilmiş ərazilərində inşa edilmiş beynəlxalq hava limanlarında naviqasiya sisteminin və hava gəmilərinin eniş sisteminin tədarükü də mövcuddur.
Görüş çərçivəsində mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri və bir sıra aktual məsələlər nəzərdən keçirilib. Belə ki, tərəflər ölkənin işğaldan azad edilmiş ərazilərində tikilmiş beynəlxalq hava limanlarında radiolokasiya stansiyasının, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni avtomatlaşdırılmış baqaj idarəetmə sisteminin təchiz edilməsi, o cümlədən donanmanın “Agusta” tipli helikopterlərlə genişləndirilməsi və onlara texniki xidmətin göstərilməsi imkanlarını müzakirə edib.
Cahangir Əsgərov və Marko Buratti birgə layihələr və təşəbbüslər vasitəsilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd ediblər. Onlar Azərbaycan mülki aviasiyasının müxtəlif istiqamətlərində tərəfdaşlığın inkişaf aspektləri barədə fikir mübadiləsi aparıb və uzunmüddətli tərəfdaşlığa hazır olduqlarını bildiriblər.
İtaliyanın “Leonardo” korporasiyası aviasiya və aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik və s. sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşıdır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
39 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
45 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat































