Azərbaycanla Hindistan əczaçılıq sahəsində birgə müəssisələr yarada bilər
Azərbaycanla Hindistanın əczaçılıq sahəsində birgə müəssisələr yaratması potensialının araşdırılması ilə bağlı təklif var.
Bunu Bakıda keçirilən əczaçılıq üzrə Azərbaycan-Hindistan biznes forumunda Hindistanın Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) Tənzimləmə Şöbəsinin direktoru Lakşmi Prasanna bildirib.
Onun sözlərinə görə, Şuranın əhatə etdiyi 50-yə yaxın əczaçılıq şirkətinin nümayəndələrindən ibarət heyət Bakıda səfərdədirlər.
"Bu gün keçirilən görüş iki tərəf arasında əməkdaşlığın genişləndirilməsi üçün fürsətdir. Azərbaycanlı iş adamlarını Hindistan şirkətləri ilə yaxından əməkdaşlığa dəvət edirəm", - deyə qonaq qeyd edib.
O vurğulayıb ki, dünyanın əczaçılıq mərkəzi adını almış Hindistan çox əlverişli qiymətə və effektiv təsiri olan dərmanların istehsalı üzrə tanınır: "Biz beynəlxalq qeyri-hökumət təşkilatlarını ümumi dərman vasitələri, xüsusən retrovirus və vərəm əleyhinə dərman vasitələri ilə təmin edən dünyanın ən böyük təchizatçısıyıq. Hazırda 200-dən çox ölkəyə dərman ixrac edirik. Ümumdünya Səhiyyə Təşkilatının ümumi immunizasiya tələbləri baxımından Hindistan təxminən 65-70 %-lik payla peyvəndlərin ən böyük tədarükçüsüdür. Yalnız inkişaf etməkdə olan ölkələr deyil, həmçinin inkişaf etmiş ölkələr də Hindistan istehsalı olan dərmanlardan faydalanırlar. Hindistanın dərman ixracının 50 %-i Şimali Amerika və Avropaya istiqamətlənib. ABŞ Hindistan dərmanlarının ən böyük idxalçısıdır. Buna sərt tənzimləyici normalara uyğun keyfiyyətli dərmanların istehsalı sayəsində nail olunub. 2022-ci maliyyə ilində ixracımızın dəyəri 22,6 milyard ABŞ dollarına çatıb və bunun 30 %-i ABŞ-ın payına düşüb".
L.Prasannanın sözlərinə görə, MDB regionu Hindistanın əczaçılıq sənayesi üçün potensial bazarlardan biridir və ölkəsinin istehsalçıları bu regiona, xüsusən də Azərbaycan bazarına daxil olmağa can atırlar: " Azərbaycanın 850 milyon ABŞ dolları dəyərində əczaçılıq bazarında əsas yeri idxal tutur. Türkiyə, Avropa, Çin və Rusiya Azərbaycana dərman ixrac edən əsas tərəfdaşlardır. Hindistan isə ümumi idxalın 4-5%-ni təmin etməklə bu siyahıda 6-cı yerdədir".
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı isə çıxışında bildirib ki, Hindistandan olan tərəfdaşları Azərbaycanda dəstəkləməkdən məmnundurlar: "Azərbaycanla Hindistan arasında ticarət əlaqələri inkişaf edir. Ölkəmizdə əczaçılıq üzrə Pirallahı Sənaye Parkı fəaliyyət göstərir, hindistanlı iş adamları bu ərazini nəzərdən keçirə bilərlər".
© "Report"
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
37 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
43 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat





























