“Tikinti şirkətlərinin vətəndaşların hüquqlarını pozması halları artıb” - DEPUTAT
“Təəssüflər olsun ki, mənzil kommunal sisteminin problemləri aradan qalxmayıb, hətta daha da artıb”.
Bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında deyib.
Deputat qeyd edib ki, mənzil fondunun yenilənməsi tikinti şirkətlərinin vətəndaşların mənzil hüquqlarını pozmasına dair şikayətlərini artırıb:
“Kvadratmetrlər uğrunda mübarizə, mənzil kommunal xidməti tariflərinin şişirdilməsi, qəzalı, uçuq-sökük evlərdən köçürülmələr ilə bağlı mübahisələr ombudsmanın illik fəalliyətini planlaşdırarkən əsas sahələr ola bilər”.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bildirib ki, əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları, görüşlər davam etdirilməli, ictimai nəzarət institutu gücləndirilməlidir:
“Əminəm ki, əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə illik məruzədə öz əksini tapan təklif və tövsiyələrin ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində öz həllini tapması insanların layiqli həyat şəraitinin təmin olunmasına, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 saat sonra
-
4 d. əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - yağ istehsalı müəssisəsi yaradılacaq
- 8 d. əvvəl
- 41 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Maliyyə nazirinin I müavini ABB-nin rəhbərliyinə gətirilib
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Ən çox oxunanlar
"Bank Respublika" nizamnamə kapitalını artırır
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi


























