Bakı-Qəbələ-Bakı marşrutu üzrə biletlər satışa çıxarılır - QİYMƏTLƏR
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir.
‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir
QSC-dən Marja-ya daxil olan məlumatda bildirilir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək. Müvafiq marşrut üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.
Bu münasibətlə 4 mart tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və ADY rəsmiləri, Dövlət Turizm Agentliyi, media nümayəndələri, nəqliyyat üzrə ekspertlər və səyahət blogerlərinin iştirakı ilə Bakı-Qəbələ qatarının rəmzi səfəri təşkil olunub.
Qonaqlara yeni dəmir yolu xətti ilə paytaxtdan Qəbələyə və qonşu rayonlara qısa zaman kəsiyində rahat və təhlükəsiz şəkildə səfər etmək imkanı, eləcə də Qəbələ dəmir yolu vağzalında yaradılmış müasir şərait və xidmətlərlə bağlı ətraflı məlumat verilib.
Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı 2021-ci ilin may ayının 15-də baş tutub.
Qeyd edək ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.
Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.
Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.
Dəmir yolu vağzalında təşkil olunmuş tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Qəbələyə ilk dəfə olaraq dəmir yolu xəttinin çəkilməsi müasir Azərbaycan tarixində olduqaca önəmli hadisədir: ‘’Cənab Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərə çatmaq üçün ADY dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara çatdırılması isiqamətində ciddi iş aparır. O cümlədən, sərnişin daşıma xidmətinin təkmilləşdirilməsi üçün bu ilin sonunda Bakıya çatdırılması planlaşdırılan yeni elektrik qatarları ilə daha geniş miqyasda xidmət göstərə biləcəyik’’.
Tədbirdə iştirak edən Qəbələ rayonu icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, şəhərə dəmir yolu xəttinin çəkilməsi və istismara verilməsi Qəbələ ilə yanaşı ərtaf rayonların əhalisi üçün də böyük önəm daşıyır: ’’Regionun turizm potensialının daha da inkişaf etdirilməsi istiqamətində yeni dəmir yolu xəttinin yaratdığı imkanlar olduqca böyükdür’’.
Müştərilərin xəbərləri

PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ilk tədbiri baş tutub!

Valentino, Chloé, YSL, Balenciaga brendləri azərbaycanlı memar Rafael Abbasova etibar edirlər - Nüfuzlu Forbes jurnalı yazır
SON XƏBƏRLƏR
- 5 saat sonra
-
1 saat əvvəl
"İsrailin zərbələri İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilər"
- 13 saat əvvəl
-
-
13 saat əvvəl
İran : Nüvə silahının olmamasına təminat verən saziş imzalamağa hazırıq
- 1 gün əvvəl
-
1 gün əvvəl
İspaniyanın bank nəhəngi 2025-ci ilin sonunda Dolların 45 Türkiyə Lirəsi olacağını gözləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Netanyahu: İran nüvə silahını regiondakı tərəfdaşlarına verməyi planlaşdırırdı
- 1 gün əvvəl
-
1 gün əvvəl
Uzunluğu 154.5, eni 17.7 təşkil edəcək - BAKIDA TİKİNTİSİ DAVAM EDİR
-
1 gün əvvəl
160A, 193 və 503 nömrəli avtobus marşrutları bu şirkətlərə verildi
Son Xəbərlər

4 gün İRŞAD-da yüksək endirimlər olacaq

"İsrailin zərbələri İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilər"

"Neftin qiyməti 1 barel üçün 300 dollara çata bilər"

İspaniyanın bank nəhəngi 2025-ci ilin sonunda Dolların 45 Türkiyə Lirəsi olacağını gözləyir

Procter & Gamble işçi qüvvəsinin 15 faizini ixtisar edəcək

Telegram-a IPO-ya hazırlaşır?

May ayında qlobal ərzaq qiymətləri azalıb

“Suriya SWIFT sisteminə qayıdacaq”

“Cənubi Pars” qaz yatağında baş verən yanğının qarşısı alınıb, hasilat dayandırılıb

Putin Rusiyanın iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib

Putin və Tramp arasında telefon danışığı olub

Ərdoğan Əliyevə zəng edib, vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub
