Ötən il Azərbaycanda 80 faizi Bakıda olmaqla 71,3 min yeni iş yeri açılıb
Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanmışdır.2023-cü il fevralın 1-i vəziyyətinə, ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 358,9 min nəfər olmuş, onlardan 5 miylon 56,5 min nəfərini məşğul əhali, 302,4 nəfərini və ya 5,6%-ni işsiz əhali təşkil etmişdir.
Marja.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 milyon 733,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,3 min nəfər, qeyri-dövlət sektorunda isə 830,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 702,2 min nəfər çalışmışdır.
2022-ci il ərzində ölkədə 71,3 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Yeni açılmış iş yerlərinin 80,2 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 19,2 faizi digər regionların, o cümlədən 3,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,0 faizi ŞirvanSalyan, 1,7 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Qarabağ, 1,3 faizi Qazax-Tovuz, 1,3 faizi Lənkəran-Astara, 1,2 faizi Mərkəzi Aran, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni açılmış iş yerlərinin 8,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 23,7 faizi tikinti, 16,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,7 faizi emal sənayesi, 8,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 5,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi təhsil, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi informasiya və rabitə, 10,2 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.
Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























