Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

“Sarsılmaz qardaşlığımız davam edəcək”. "Cənubi Qafqaz əməkdaşlıq və inkişaf bölgəsinə çevrilib”. “Bir millət, iki dövlət” qardaşlığımız sarsılmazdır”
AzVak-mobil_resmin_ustu_31
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Türkiyə Prezidentinin dövlətimizin başçısına ünvanladığı məktubda deyilir: “Otuz il işğal altında olan qədim Azərbaycan torpaqlarının azadlığa qovuşduğu Zəfər Gününün altıncı ildönümü münasibətilə Zati-aliniz başda olmaqla, bütün azərbaycanlı qardaş və bacılarıma xalqım adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır.

Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm.

Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirdiyimiz işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.

Vətənlərinin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirələrini hörmət və ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm”.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavan və dinc gələcək arzulayıb, ən səmimi diləklərini çatdırıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Rəcəb Tayyib Ərdoğan İlham Əliyev Ərdoğanın təbrik məktubu 8 Noyabr Zəfər Günü 2026 Türkiyə Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi Cənubi Qafqaz Azərbaycan Türkiyə müttəfiqliyi Qarabağ Türk dünyası regional sülh Ərdoğandan İlham Əliyevə mesaj Zəfər Gününün altıncı ildönümü.
07.11.2026 14:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19