"Yeni qatar xəttə verilib, əlavə vaqonlar alınacaq"
Bakı metropoliteni 2022-ci ilin sonlarında gətirilmiş 4 yeni qatardan sonuncusu da sazlama və sınaq işlərindən sonra xəttə verilib.
Metropolitenin yaydığı məlumatda bildirilir ki, hazırda metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 23-ə və yaxud vaqonların sayı 115-ə çatdırılıb.
Hər biri 5 vaqondan ibarət qatarlar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib.
Yeni xəttə buraxılmış 81-765 B./81-766 B. modelli qatar da əvvəlkilərdə olduğu kimi mikroiqlim nəzarəti sistemi ilə təchiz olunub. Bu sistemin tərkib hissəsi kimi, kondisioner sistemi Bakının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istehsal olunub.
Vaqondan vaqona birbaşa keçid sərnişinlərin qatar boyunca bərabər paylanması ilə yanaşı, sərnişin tutumunun artmasına da təsir edir. Ümumilikdə qatarların baş vaqonları 315, orta vaqonlari isə 329 sərnişin üçün nəzərdə tutulub. Bu isə bir qatarın sərmişin tutumunun 1617 sərnişin olması deməkdir. Onu da əlavə edək ki, baş vaqonlarda 38, orta vaqonlarda 44 nəfərlik oturacaqlarla təchiz olunub.
Baş vaqonlarda əlil arabası üçün yerlər, bundan savayı, müxtəlif yüklər də nəzərə alınmaqla, çoxfunksiyalı zonalar nəzərdə tutulub. Təcrübə göstəriri ki, qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat və sürətli minib-düşməsini təmin edir və bununla bu qatarların sıxlıq şəraitində stansiyalarda yubanması xeyli azalır.
Yeni qatar “Həzi Aslanov-Dərnəgül” istiqamətində sərnişinlərə xidmət göstərir. Ümumilikdə, 23 yeni nəzil qatarından 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edir.
“Bakı Metropoliteni” QSC 2023-cü ildə də yeni vaqonların sifarişini planlaşdırılır. Bu məqsədlə texniki tapşırıqların hazırlanması istiqamətində iş aparılır.
Qeyd edilib ki, “Bakı Metropoliteni” QSC dünya metro vaqonları və bu sahə ilə bağlı digər istehsal sahələrinin təcrübəsini müntəzəm olaraq təqib edir, tətbiq edilən yeni texnologiyaların xarakter və xüsusiyyətini, ilk növbədə, sərnişindaşıma təhlükəsizliyi və rahatlığı, sərnişin məmnuniyyəti baxımından əsaslı yeniliklərin tətbiqini diqqətdə saxlayır. Yeni müqavilənin uzunmüddətli olaraq bağlanması əsas hədəflərdəndir. Eyni zamanda yeni vaqonların istehsalı ilə bağlı tərəfdaşın seçilməsi, sifariş həcmi və digər məsələlər barədə əlavə məlumatlar bütün prosedurlar tamamlandıqdan sonra ictimaiyyətə təqdim ediləcək.
Ümumən, Bakı metropoliteninə 2015-ci ildən bu yana gətirilmiş vaqonların (qatarların) istismara verilməsi bu ardıcıllıqla olub:
TarixVaqon (qatar)
201515 vaqon (3 qatar)
201810 vaqon (2 qatar)
201930 vaqon (6 qatar)
202020 vaqon (4 qatar)
202120 vaqon (4 qatar)
202220 vaqon (4 qatar)
Cəmi115 vaqon (23 qatar)
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
1 saat əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
2 saat əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
2 saat əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
-
2 saat əvvəl
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
-
3 saat əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
Fevralın 21-də gözlənilən hava şəraiti
Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB





















