Nazirlikdən Şəkidə yaradılmış şirkətə 5,5 milyon manatlıq sifariş
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı km-də “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi işləri" üzrə keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, tenderin qalibi "Euroline" QSC-dur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Euroline" şirkətilə məbləği 5 milyon 499 min 998 manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, 199-cu ildə dövlət qeydiyyatına alınmış "Euroline" QSC-nin hüquqi ünvanı Şəki rayonu, Qoxmuq kəndidir. 2200 manat nizamnamə kapitalı olan şirkətin direktoru Abdurəhmanov Cahangir Təmraz oğludur. Əfqan Məmmədov isə “Euroline QSC” -nin təsisçisidir.
“Euroline" QSC ilk dəfə iqtisadi fəaliyyətə “Əfqan” firması adı altında 15 aprel 1999-cu il tarixində başlayıb. Şirkət fəaliyyətinin ilk illərində infrastrukturun yaxşılaşdırılması layihələrində iştirak edib. 2000-ci illərin əvvəllərində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi əsasında ölkəmizin şimal-şərqində yerləşən rayonların çaylarında sahilbərkitmə işləri həyata keçirmiş, həmçinin bu rayonlarda su kanalları, artezian quyuları, su ötürücü qurğular və keçid körpüləri inşa etmişdir. 2005-ci ildən etibarən “Euroline QSC fəaliyyət sahəsini daha da genişləndirərək su anbarları, su və kanalizasiya şəbəkələri, orta məktəb binaları, yaşayış evləri, sosial obyektlər və bir sıra dövlət əhəmiyyətli inzibati binaların tikintisi və təmirilə də məşğul olmağa başlamışdır. “Euroline QS 25 noyabr 2016-cı il tarixində təsis olunmuş “Afgan Holding” MMC çətiri altında fəaliyyət göstərməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























