Samsung Galaxy A33, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli?
Samsung ilk dəfədir ki, orta qiymət seqment smartfonda belə yüksək icazəli kameradan istifadə edir - 108 MP(®) Artıq bir neçə ildir ki, Samsung-un A seriyası istifadəçilərin favoritinə çevrilərək, ən sevilən cihazlar arasında yer almışdır. Seriya münasib qiyməti və Samsung məhsullarının davamlı keyfiyyətini çox uğurla özündə birləşdirir. Galaxy A33, A53 və A73-ü müqayisə edərkən gözə çarpacaq fərqi yalnız sonuncuda görmək mümkündür.
Belə ki, Samsung Galaxy A73 hər iki modeldən fərqlənərək, özündə bir neçə əsas məqamı əks etdirir. Əsas fərq ondadır ki, Exynos 1280 əvəzinə bu model Snapdragon 778G prosessoru ilə təchiz edilib. Ən böyük fərq isə smartfonun kamerasında hiss olunur. Burada əsas sensor 108MP f/1.8-dir. Samsung ilk dəfədir ki, orta qiymət seqmentinə belə yüksək icazəli kameradan istifadə edir.
Onu da qeyd etmək lazımdır ki, bu model, məhsul xəttinin "ən böyük" və "ən ağır" cihazıdır – onun ölçüsü, müvafiq olaraq, 6,7”, çəkisi isə181 qram təşkil edir. Həmçinin, Samsung Galaxy A73 eksklüziv "zeytun yaşılı" rəngində mövcuddur.

İlk baxışdan Galaxy A33 və Galaxy A53 bir biri ilə çox oxşardır. Burada displeylərin diaqonalları demək olar ki, eynidir: müvafiq olaraq 6,4” və 6,5”. Hər iki model FHD + Super AMOLED ekran ilə təchiz edilmişdir. Lakin, smartfonların displey yenilənmə sürəti fərqlidir, Galaxy A33-də bu göstərici - 90 Hz, Galaxy A53 isə 120 Hz təşkil edir. Gəlin smartfonlarda quraşdırılmış kameralarla birlikdə tanış olaq. Galaxy A33 48MP geniş bucaqlı, 8MP ultra geniş bucaqlı, 2MP dərinlik sensoru və 5MP makro kameraya malikdir, Galaxy A53 isə müvafiq olaraq 64MP, 12MP, 5MP və 5MP-lik obyektiv ilə təchiz edilmişdir. Hər iki model, yuxarıda qeyd edildiyi kimi, Samsung-un təqdim etdiyi yeni Exynos 1280 çipseti üzəridən işləyir.

Smartfonlar həqiqətən cəlbedicidir. Belə ki, onları rəqiblərindən fərqləndirən əsas cəhətlərdən biri, orta seqmentə aid olmalarına baxmayaraq, bütün məhsul xəttinin smartfonlarının IP67 standartına uyğun sukeçirməməzliyə malik olmasıdır. Həmçinin, burada son illərin yeniliklərindən biri - ekran altında yerləşən barmaq izi skaneri quraşdırılıb. Istehsalçının cihazda istifadə etdiyi böyük tutumlu batareya isə uzun müddət smartfonların üstünlüklərindən istifadə etməyə imkan verir, əlavə olaraq, burada sürətli yükləmə də mövcuddur. Yeni Galaxy A modelləri hətta maksimum həcmdə belə heç bir təhrifi olmayan aydın və balanslaşdırılmış səs təqdim edən dinamiklərlə təchiz olunmuşdur. Burada audionun özünüz ekvalayzerdə tənzimləyə və ya Dolby Atmos presetlərindən birini seçilə bilərsiniz. Sözü gedən bu presetlər fərqli ssenarilər üçün nəzərdə tutularaq, hətta onlayn oyun oynadığınız zaman səsləri tənzimləyir. Bu, məsələn, döyüş zamanı rəqiblərin yerini dəqiq müəyyən etməyə kömək edir.
Onu da qeyd etmək lazımdır ki, smartfonlarda MScard köməyi ilə yaddaşı 1 TB-dək genişləndirmək mümkündür və onlar 6 və ya 8 GB operativ yaddaş və 128 və ya 256 GB daxili yaddaşla təchiz edilmiş versiyalarda mövcuddur.
Samsung Galaxy A smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy A məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.

Müştərilərin xəbərləri
"PAŞA Holding" və Bakı Arbitraj Mərkəzi arasında “LEGIS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Xalq Bankdan girovsuz biznes krediti ®
Ağır texnikalar dağ çaylarına cəlb edilib
Ağdam Sənaye Parkı Sumqayıtdan sonra ikinci yerə yüksəlib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
Expressbankda yeni təyinat olub
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
Spotify-ın abunəçi sayı 300 milyonu ötüb




















