Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR Çinin neft-kimya nəhəngi ilə strateji əməkdaşlığa başlayır

SOCAR və “Sinopec” bir-birinin təchizat zəncirinə daxil olmaq imkanlarını araşdıracaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Çinin neft-kimya nəhəngi ilə strateji əməkdaşlığa başlayır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Çin Xalq Respublikasının Şanxay şəhərində SOCAR ilə “China Petroleum & Chemical Corporation” (Sinopec Corp.) arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev, “Sinopec Corp.” şirkətinin vitse-prezidenti Li Yuxing imzalayıblar.

Memorandum şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. 

Sənədə əsasən tərəflər təchizatçı resursları barədə məlumat mübadiləsinin həyata keçirilməsi, təchizat zəncirinin idarə olunması strategiyalarının hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər. 

Memorandum, həmçinin şirkətlər arasında təcrübə və qabaqcıl iş təcrübələrinin mübadiləsinin aparılmasını, məhsul, avadanlıq və xidmətlərinin qarşılıqlı olaraq satınalma və təchizat zəncirlərinə daxil edilməsi imkanlarının araşdırılmasını və qarşılıqlı razılaşdırılacaq digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutur.

 

 

SOCAR Sinopec China Petroleum & Chemical Corporation SOCAR Sinopec əməkdaşlığı Azərbaycan Çin iqtisadi əlaqələri SOCAR Çin strateji əməkdaşlıq memorandumu satınalma təchizat zənciri neft-kimya sənayesi Fuad Musayev Li Yuxing Şanxay enerji sektoru Azərbaycan neft-qaz sənayesi Çin enerji şirkətləri.
10.11.2026 10:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar