ABŞ-da "Volker şoku" səsləri
ABŞ-ın keçmiş Maliyyə naziri Lourens Summers də daxil olmaqla bir qrup iqtisadçı bildirib ki, ABŞ-da 2 faizlik baza inflyasiyaya qayıtmaq üçün 1980-ci illərdə əfsanəvi FED sədri Pol Volkerin dövründə olduğu kimi sərt pul siyasəti lazımdır. Çətin vaxtlarda pul siyasəti ilə ABŞ iqtisadiyyatının tarixini dəyişdirən FED-in keçmiş sədri Pol Volkerin yüksək inflyasiya ilə mübarizəsi bəzi insanların aqressiv reaksiyasına səbəb olmuşdu.
"Summers Group"un araşdırmasına görə, ABŞ-da inflyasiya 1980-ci ildəki pik səviyyəsinə əvvəllər düşünüldüyündən daha yaxındır.
Marja.az xəbər verir ki, ABŞ-ın keçmiş maliyyə naziri Lourens Summers də daxil olmaqla bir qrup iqtisadçı istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) məlumatlarını yenidən hesablayıb. Tədqiqat nəticəsində 1980-ci ilin iyun ayında ABŞ-da baza inflyasiyanın 13,6 faiz deyil, 9,1 faiz olduğu qiymətləndirilmişdir.
Həmin dövrdə FED-in rəhbəri olan Pol Volker inflyasiyanın azaldılması üçün çox sərt pul siyasəti tətbiq etmişdir.
O zaman FED faizini təxminən 10 faiz bəndi artırmış və 1980-ci illərin əvvəllərində 20 faizə çatdırmışdı.
Bloomberg sorğusunda, cümə günü açıqlanacaq may ayı inflyasiya məlumatlarına dair proqnoz 5,9 faizdir. "The Economist" tərəfindən dərc edilən araşdırmada deyilir: "Bu gün 2 faizlik baza CPI inflyasiyasına qayıtmaq üçün FED sədri Paul Volkerin dövründə olduğu kimi, təxminən eyni anti-inflyasiya siyasəti tələb olunacaq".
2022-ci ilin aprelində ABŞ-da inflyasiya 6,2 faiz təşkil edib.
İqtisadiyyatı şoka salmışdı
1979-cu ildə Cimmi Karterin dövründə vəzifəyə gələn Volker, 1983-cü ildə Ronald Reyqanın dövründə ikinci dəfə FED sədri təyin edilmişdir.
Volker ilk sədr olanda ikirəqəmli səviyyələrə çatmış inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrini görünməmiş həddə - 21,5 faiz səviyyəsinə qaldırmışdır. Volkerin faiz artırmasından sonra işsizlik nisbəti 10,8 faizə yüksəlmiş və iqtisadiyyat tənəzzülə girmişdir. İnflyasiyanın ən yüksək səviyyəsindən düşdüyü zaman yaratdığı ziyana görə Volker də saysız-hesabsız düşmənlər qazanmış, fermerlər traktorları ilə Fed binası qarşısında etiraz etmiş, avtomobil satıcıları isə sata bilmədiklərini əsas gətirərək etiraz olaraq avtomobillərinin açarlarını ona göndərmişdilər.
Karterdən sonra ABŞ prezidenti vəzifəsinə gələn Ronald Reyqan Volkerə qarşı ehtiyatlı davranmış, Volker, Reyqan və onun müşaviri Ceyms Beykerlə gizli görüş keçirmişdir. Beyker ona Reyqan prezident seçkilərində qalib gələnə qədər qədər faiz artırmaması üçün təzyiq göstərmişdir.
O zaman Ağ Ev Volkerin fikirlərinə qarşı çıxan 7 Fed İdarə Heyəti üzvündən 4-nü təyin edib və bu müxalifət Volkerin 1987-ci ildə ikinci dövründə istefasına səbəb olmuşdu.
1983-cü ildə inflyasiya 4 faizdən aşağı düşəndə ona qarşı aqressiv reaksiya da azalıb. Volkerin addımları hələ də müzakirə olunsa da, o vaxtdan bəri inflyasiya nəzarət altındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
25 d. əvvəl
Nazir: Məktəbli formalarının dəyişəcəyi ilə bağlı qərar yoxdur
-
27 d. əvvəl
ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb
- 59 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
PAŞA Kapital və Birbank-ın birgə əməkdaşlığı ilə “Birbank Invest” platforması istifadəyə verilib
-
1 saat əvvəl
"Rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır"
-
1 saat əvvəl
PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir"
-
2 saat əvvəl
"Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır"
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Xalq Bank Milli Depozit Mərkəzinin üzvü olan ilk bank oldu

PAŞA Kapital və Birbank-ın birgə əməkdaşlığı ilə “Birbank Invest” platforması istifadəyə verilib

"Rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır"

AMEA-da akademik Ziyad Səmədzadənin 85 illiyi qeyd olunub

"Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır"

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Azərbaycanın ən böyük elektrik stansiyası açıldı

Azərbaycanın sığorta bazarı 12 faizə yaxın böyüyüb

“PAŞA Bank” “FİNTEX SAMMİT 2025”in sponsorudur

Rəsmi məzənnələr açıqlandı
